Zəngəzur dəhlizində kəsişən maraqlar: Rusiya Avropanın yolunu pulla kəsəcək? - NƏ BAŞ VERİR?

dogruxeber.tv: - Avropa Birliyi Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun maliyyələşməsində iştirak etmək istəyir.

Bu barədə “Azadlıq” radiosu açıqlama yayıb. Məlumatda Avropa Birliyinin dəmir yolunun Ermənistan ərazisindən keçəcək 45 kilometrlik hissəsinə investisiya yatırmağa hazır olduğu qeyd edilir. Bunun başlıca səbəbi kimi Ermənistanın maliyyə imkanlarının olmaması göstərilir. Ermənistan hökuməti Arazdəyən -Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun 45 km-lik hissəsinin bərpası üçün təxminən 200 milyon dollar vəsait tələb olunduğunu bildirir. Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirib. Dəmir yolu xəttinin ümumi uzunluğu isə 340 kilometr təşkil edəcək. Qriqoryan bildirib ki, Ermənistanla Azərbaycanı birləşdirən dəmir yolu marşrutu ərazilərindən keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində, qarşılıqlılıq prinsipləri əsasında dəmir yolu daşımalarının həyata keçirilməsi üçün qəbul edilmiş beynəlxalq qaydalara uyğun fəaliyyət göstərəcək.

Lakin Ermənistan Dəmir Yollarının konsessiyası 2008-ci ildə 30 il müddəsinə 100 faiz Rusiyanın idarəçiliyinə verilib. Ona görə də dəmir yolunun inşası ilə bağlı xərcləri Rusiyanın öz üzərinə götürəcəyi istisna edilmir. Eyni zamanda, Zəngəzurdan keçəcək dəmir yolu xətti strateji baxımdan, siyasi əhəmiyyət daşıyır. Yəni bu regional layihənin reallaşması ilə bağlı müxtəlif dövlətlərin öz maraqları var. Zəngəzur dəhlizi birləşdirici kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də maraqların kəsişdiyi bölgədir. Ona görə də Avropa Birliyinin Zəngəzurda dəmir yolunun bərpasına investisiya ayırmasına Rusiyanın müsbət yanaşacağı ilə bağlı şübhələr var.

Bu dəhlizin açılmasında həm siyasi, həm də iqtisadi maraqları olan Azərbaycanın və Türkiyənin də dəmir yolunun tikintisinə vəsait ayıracağı istisna olunmur. İqtisadçı-ekspert Cümşüd Nuriyevin fikrincə, Ermənistan Cənubi Qafqaz Dəmir Yolu QSC-ni Rusiyaya satıb. Ona görə də Ermənistanın dəmir yolu şəbəbkəsi Rusiyaya tabedir. 2020-ci il 10 noyabr Bəyanatına əsasən, 45 kilometr yolun təhlükəsiliyini Rusiyanın təmin edəcəyini nəzərə alsaq, rəsmi Moskva Avropa Birliyinin həmin layihəni maliyyələşdirməsinə razı olmaz: “Bu, ola bilər ki, Azərbaycan, Rusiya və Türkiyə arasında razılaşdırılsın. Azərbaycan da bu məsələnin həyata keçməsində maraqlı tərəfdir. Bakı-Tiflis Qars dəmir yolu xətti çəkiləndə də Gürcüstanın maliyyəsi yox idi. Azərbaycan dəmir yolunun tikintisinə kredit ayırdı. İndi də Azərbaycan belə bir addım ata bilər. Zəngəzurdan keçəcək dəmir yolunun bərası və inşası üçün Azərbaycanın 200 milyon dollar ayırmaq imkanı var. Hər halda Ermənistan da buna razılaşar. Rusiyanın kuluarlarında dolaşan söhbətlərdə Moskvanın bu layihəni maliyyələşdirmək istədiyi bildirilir.
Azərbaycan öz ərazisində dəmir yolunun çəkilməsinə başlayıb. Tikinti-bərpa işləri həm bu yolun Ağbəndə qədər olan hissəsində, həm də Naxçıvan ərazisində gedir. 2022-ci ilin sonuna qədər bu yolun açılması planlaşdırılır. Eyni proses də Ermənistan ərazisində gedə bilər”.

Ekspert İranın xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini xatırladıb:

“Ola bilsin ki, İran da qoşularsa, dörd dövlət bu yolun inşası və bərpasına sərmayə qoysun. Çünki İranın dəmir yolu vasitəsilə nə şimala, nə də Avropaya çıxışı var. Astara-Astara dəmir yolu xəttinin çəkilişi də başa çatmayıb. Ona görə də İran da bu məsələdə maraqlı olacaq. Bu, İrana Türkiyə üzərindən Aralıq dənizinə, eyni zamanda Azərbaycan vasitəsilə Cənubi Qafqaz, Qara dəniz və Rusiyaya çıxmaq imkanı verəcək. Maliyyəşmə işini təklikdə Rusiya da edə bilər. Əlbəttə, Avropa Birliyi hələ iyul ayında Ermənistana 2,6 milyard avro yardım ayırıb. Onlar Ermənistanın Rusiyanın təsirindən çıxmasını istəyir. Amma Rusiya buna imkan verməz. Avropa Birliyinin rolu sıfıra endiriləcək”.

DİA.AZ-ın məlumatına görə, Cümşüd Nuriyev cebhe.info-ya bildirib ki, Azərbaycan dəmir yolunun Horadizə qədər olan hissəsini bəpra edib.

İndi söhbət SSRİ dövründə Araz çayının sahili boyunca mövcud olmuş və işğal zamanı dağıdılmış dəmir yolunun 127 kilometrlik hissəsinin bərpasından gedir. Hazırda Azərbaycan paralele olaraq həm Horadiz-Ağbənd, həm də Bərdə-Ağdam yolunun inşası ilə məğuldur. Eksperet əlavə etdi ki, tikinti zamanı əsas xərclər yerüstü bərkitmə işlərinə sərf olunacaq. Dəmir yolu relsləri və beton şpallar Azərbaycanda istehsal olunur. Yerüstü çınqıl və beton bərkitmə işləri başa çatdıqdan sonra Qaradağ rayonu ərazisində istehsal olunan dəmir yolu relslərinin döşənməsinə başlanacaq.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Arazdəyəndən Horadizə qədər dəmir yolunun inşası üçün 1 milyard dollar vəsait lazım olduğunu deyib. Lakin Cümşüd Nuriyev bu sözlərin inandırıcı olmadığını dedi: “Dünya standartlarına görə 1 kilometr avtomobil yolunun çəkiliş dəyəri 1 milyon dollardır. Orada 50 milyon avtomobil yoluna, 200 milyon da dəmir yolunun inşasına lazımdır. Köçürmə işləri ilə birlikdə 300 milyon dollar təşkil edə bilər”.

Oxunub: 460

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər