Ələsgər Məmmədli  "Media Haqqında" qanun layihəsi ilə bağlı AÇIQLAMA  verib

Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli dekabrın 23-də parlamentə media haqqında qanun layihəsinin müzakirəsinə dəvət olunub.
Görüş dekabrın 22-də Medianın İnkişafı Agentliyində müstəqil jurnalist və ekspertlərin görüşü ilə aparılan müzakirələrin davamı olub.

Parlamentdə Məmmədli qanun layihəsinin vitse-spiker və parlamentin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli və Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovla müzakirə edib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ə.Məmmədli öz şəxsi facebook hesabında yazıb.

Bəzi məsələlərdə mövqələr bir-birinə yaxınlaşıb, qısmən konsensus olub, bəzi məsələlər isə açıq qalıb.

Ümumi konsensusa gəlinən məsələlərdən biri bütün platforma yayımçılarının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan (30.2 maddə) müddəaya daha aydın qeydin razılaşdırılması olub. Yeni razılığa görə, yalnız o platforma yayımçısı lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayımlanan operatorunun xidmətindən istifadə etmək olacaq.

Müzakirələr zamanı Məmmədli "Jurnalistlərin fəaliyyəti" başlıqlı 7-ci fəslin ümumiyyətlə qəbuledilməz olduğunu bildirib. Xüsusən, vahid jurnalist vəsiqəsinin tətbiq edilməsi yolverilməzdir, bu, "akretitasiya kartı ilə tənzimlənməlidir". Bu kart imtiyaz yaratmamalı, ictimai açıq informasiyalar üçün heç bir məhdudiyyət olmadan bütün jurnalistlər üçün açıq olmalıdır.

Jurnalistlər üçün tələb olunan şərtlər - staj, məhkum olunmamaq və s. qanunun predmeti olmamalıdır. "Bu istiqamətdə fikirlərimiz xüsusilə Əhməd İsmayılovla uzlaşmadı.

Qaldırdığım bəzi texniki qanunvericilik problemləri pozitiv qarşılandı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyan edildi", deyə Məmmədli qeyd edib.

Müzakirə tam yekunlaşmayıb, Məmmədliyə digər təklifləri yazılı formada təqdim etmək təklif olunub.

"Media haqqında qanun layihəsi cəmiyyətin hər fərdinin önəmsədiyi məsələdir. Hökumətin bu sahədəki tənzimləməsi oldu-bittiyə gəlməməli, medianın fəaliyyətinə problem yaradan bütün məqamlar vahid təklif formatında parlamentdə müzakirə edilməli, lakin öncə media ictimaiyyətinin peşəkarları ilə daha işçi səviyyədə konsensusa çalışılmalıdır. Ölkə mediasının imkişafı çoxsaylı məhdudiyyətlərlə yox, media azadlığının gerçək formada təminindən keçir", deyə Məmmədli qeyd edib.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər