Sahil Babayevin sosial yardımı verməmək üçün min bir oyunu  -  Ünvanlı sosial yardım üçün gülünc tələblər

“Sosial yardım aylıq yaşayıq minumumunu ödəyə bilməyən ailələrə verilməlidir. Çünki yaşayış minumumu çatmayanda bu insan üçün yaşamaq faciəli olur”. "dogruxeber.tv" DİA.AZ -a istinadən xəbər verir ki, bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sosial yardımın hansı səbəblərdən kəsilməsi ilə bağlı verdiyi açıqlqmanı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vətəndaşın adına bir neçə telefon nömrəsi olduğuna görə ona ünvanlı sosial yardım almaqla bağlı müraciətinə imtina verməsini deyib. Bilirik ki, yoxsulluq və sosial yarıdıma ehtiyac müəyyənləşdirilərkən xərclərin növü yox, gəlirin həcmi əsas götürülür. Nömrə də elə bahalı bir şey deyil. İstənilən yerdən 2, ya da 3 manata telefon nömrəsi almaq mümkündür.

Sahil Babayevin vətəndaşın adına bir neçə telefon nömrəsi olduğuna görə, onun ünvanlı sosial yardım almaqdan məhrum edilməsi ilə bağlı verdiyi şərh hər şeydən əvvəl təəccüb doğurur. Əslində bunu sosial anormallıq kimi də dəyərləndirmək olar. Çünki sosial yardım almaq üçün bu tipli tələblərin qoyulmasını heç də sıradan və normal tələb kimi qəbul etmək mümkün deyil. Dəyəri 2-3 manat olan bir neçə telefon nömrəsi aldığına görə vətəndaşın sosial yardımdan məhrum edilməsi hansı məntiqə sığır. Doğrudanmı vəzifəsi vətəndaşın sosial müdafiəsini təmin etmək olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə görə dövlətin yardımını almaq üçün vətəndaş Məmmədnəsir bir həsirə belə sahib olmamalıdır? Bir neçə telefon nömrəsi olduğuna görə vətəndaşı dövlətin yardımından məhrum edən Sahil Babyevin məntiqi məhz bunu ortaya qoyur...

Ən maraqlısı isə odur ki, sosial yardım alamaq üçün bu qədər anti-sosial olan tələbləri kim və necə düşünə və reallaşdıra bilir? Ən əsası cənab nazir bu kimi tələbləri necə normal qəbul edir?..

Uzun illərin təcrübəsindən də bilirik ki, dövlət6dən sosial yardımını məhz bu tipli anormal tələblər düşünüb reallaşdıranların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çoxsaylı şöblərində çalışan məmurların yaxınları, qohumları, dost-tanışları ala bilir. Ya da ənənəyə uyğun olaraq sosial yardım vətəndaşa rüşvət qarşılığında verilib. Misal üçün uzun illər vətəndaşa sosial yardım “yarısı sənin, yarısı mənim” prinsipi ilə verilib. Bu Füzulu Ələkbərovun dönəmində də belə idi, hazırda həbsdə olan Səlim Müslümovun dönəmində də belə olub, Sahil Babayevin dönəmində də belədir. Dəyişən nazirlərin populist ritorikaları dəyişsə də, onların fəaliyyəti populizm olaraq qalıb və ölkənin sosial mənzərəsinin nə qədər acınacaqlı olması nə yazıq ki, bu nazirlikdə heç kimi maraqlandırmır. Önəmli olan sosial ədalət deyil, sosial populuzmdir.

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Sosial yardıma ehtiyacı olanların obyektiv müəyyənləşməli olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunu təmin etmək elə də çətin iş deyil:

“Axır vaxtlar Əmək və Əhalinin müdafiə Nazirliyində elə qərarlar qəbul edirlər ki, hamının təəccübünə səbəb olur. Hər bir adam bir neçə nömrə ala bilər. Nömrə almaq heç də insanların maddi vəziyyətini əks etdirmir. Nömrəyə görə sosial yardımı kəsmək ədalətsizlikdir. Bu sadəcə sosial yardım verməmək üçün bəhanədir.

Sosial yardım aylıq yaşayıq minumumunu ödəyə bilməyən ailələrə verilməlidir. Çünki yaşayış minumumu çatmayanda bu insan üçün yaşamaq faciəli olur. Bu ailələrə sosial yardım vermək üçün adlarında nələrinsə olmağını araşdırmaq düzgün deyil. Hər halda telefon nömrəsi mülk deyil, ya da vətəndaşa gəlir gətirmir.

Mən sosial yardımın verilməsi üçün başqa metod təklif etmişdim. Amma nazirlik təklifimə reaksiya vermədi. Mənim hər kənddə nə qədər tələbələrim var. Mən o tələbələrdən soruşanda aydınlaşdıra bilirəm ki, məsələn Ağdaş rayonunun filan kəndində neçə ailənin yaşayıq vəziyyəti ağırdır. Həmin ailələri kənd camaatı da yaxşı bilir. Bu ailələr obyektiv yolla araşdırılmalı və onlara sosial yardım verilməlidir.

Mən ünvanlı sosial yardım alan adamlar tanıyıram ki, maqazini və maşını var. O sosial yardımı öz adına deyil, başqasının adına yazdırıb. Kəndə də hamı həmin adama, hökumətə, nazirliyə gülür. Belə adamlar nazirliyin nümayəndələri ilə ümumi dil tapırlar. Yəni nazirlik əməkdaşı onlara sosial yardım düzəldir. Bir illik sosial yardımın 6 ayını nazirlik əməkdaşı, 6 ayını da vətəndaşlar alır.

Çalışmaq lazımdır ki, sosial yardıma ehtiyacı olanlar obyektiv müəyyənləşsin. Bunu müəyyənləşdirmək və təmin etmək də çətin iş deyil. Kəndlərə bir nümayəndə göndərmək bəs edər ki, orada neçə ailənin sosial yardıma ehtiyacı olduğu obyektiv bilinsin”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər