gundem / sosial / Səhiyyə
28.12.2021, 17:42
"Omikron" ştamı yayılsa, sərt tədbirlərə əl atmalı olacağıq" - Teymur Musayev
"Azərbaycana "omikron" ştamının daxil olması və yayılması zamandan asılıdır. Hazırda heç bir məhdudiyyətin tətbiqinə ehtiyac yoxdur. Lakin yeni ştam ölkəyə gəlsə, sərt tədbirlərə əl atmalı olacağıq".
"dogruxeber.tv" “Report”-a istinadən xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.


