Torpaq mülkiyyətçilərinin SIĞORTA YÜKÜ... - "Ədalətsiz yanaşma var"

dogruxeber.tv: - “Ailənin hər ay 25-30 manat sığorta ödəməsi, həmçinin minimum əmək haqqı artdıqca məbləğin bir az da yüksəlməsi sosial baxımdan problemli məsələdir”. Bu sözləri fərdi sahibkarların, sərbəst peşə sahiblərinin və torpaq mülkiyyətçilərinin sosial sığorta ayırmalarının artmasına münasibət bildirən iqtisadçı Rövşən Ağayev Yenicag.az-a bildirib.

O, qeyd edib ki, minimum əmək haqqının 250 manatdan 300 manata yüksəkdilməsi sözügedən qərarın qəbul olunmasına yol açıb. Halbuki müstəqil ekspertlər sosial sığorta ayırmalarının minimum əmək haqqına bağlanması mexanizminin aradan qaldırmasının vacib olduğunu düşünürlər:

“Minimum əmək haqqının artımı qeyd olunan kateqoriyalar üzrə sosial sığorta yükünü 20% artırdı. Bakı şəhərində ayda 62.5 manat ödəyən şəxs yanvarda artıq 75 manat ödəyəcək, kəndlərdə isə 32.5 manat ödəniş 39 manata yüksəldi. Torpaq mülkiyyətçilərinə münasibətdə xüsusilə ədalətsiz yanaşma var. Məsələn, islahat vaxtı 1 hektar torpaq ailənin mülkiyyət sənədində əmək qabiliyyəti yaşında olan dörd nəfərin adına bölünübsə, hazırda onların hər biri minimum əmək haqqının 2%-i qədər, yəni ayda 6 manat, ailə üzrə 24 manat, ildə 300 manata yaxın sığorta ödəməlidir. Tutaq ki, 4 hektar torpaq yalnız bir nəfərin adınadırsa, həmin torpaq sahəsinə görə 72 manat ödənəcək. Hazırkı qanunvericilikdə həmin şəxslərdən hansınınsa pensiya yaşına çatmayacağı halda varislərinin bu ödəmələrin müəyyən hissəsinin geri ala biləcəyi mümkün olsaydı, bəlkə də indiki sosial sığorta yükünü ədalətsiz saymamaq olardı.

Nəzərə almaq lazımdır ki, kiçik torpaq sahələri olan ailələr adətən yoxsul ailələr olur. Ailənin hər ay 25-30 manat sığorta ödəməsi, həmçinin minimum əmək haqqı artdıqca məbləğin bir az da yüksəlməsi sosial baxımdan problemli məsələdir. Hər halda torpaq mülkiyyətçiləri üçün sığorta yükünü fərdi sahibkarlarda olduğu kimi, gəlirlərə bağlamaq bir qədər mürəkkəbdir. Bütün hallarda maraqlı tərəflərin və peşəkar mütəxəssislərin iştirakı ilə dünya təcrübəsi əsasən daha obyektiv bir mexanizm tapıla bilər”.

Oxunub: 473

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər