AMEA-da yeni şöbələr yaradılıb - TƏFƏRRÜAT

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclası keçirilib.

"dogruxeber.tv" DİA.AZ-a istinadən xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, İşlər idarəsinin müdir müavini, İşlər idarəsinin müdiri v.i.e. Fikrət Əliyev, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin müdirləri, o cümlədən əməkdaşları iştirak ediblər.

Hesabat iclasını giriş nitqi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov açaraq sözü məruzə üçün Fikrət Əliyevə verib.

İdarənin hesabatını təqdim edən F.Əliyev İşlər idarəsinin strukturunun təkmilləşdirilməsi, insan resurslarından istifadənin optimallaşdırılması, idarəetmə mexanizmlərinin səmərəli fəaliyyətinin təşkili, həmçinin onun strukturuna daxil olan müxtəlif qurumların qarşılıqlı əlaqəli fəaliyyət göstərmələrinə şərait yaradılması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə İşlər idarəsinin yeni strukturu təsdiqlənib. Onun sözlərinə görə, həmin qərarın icrasından irəli gələrək idarənin tabeliyində struktur bölmələri yaradılıb, eləcə də idarənin əsasnaməsi təsdiq edilib.

F.Əliyev qeyd edib ki, AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması, istirahətlərinin təşkili və digər sosial təyinatlı tədbirlər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. O vurğulayıb ki, AMEA əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin yaradılması, eyni zamanda bu sahədə vahid mərkəzdən koordinasiyanın təmin edilməsi məqsədilə idarənin strukturunda Sosial xidmətlər şöbəsi yaradılıb.

Bundan əlavə, AMEA-da çalışan əməkdaşların təhlükəsizliyini təmin etmək, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı ehtimal olunan ziyan və itkilərin həcminin maksimum azaldılması, onların nəticələrinin aradan qaldırılması təxirəsalınmaz mühüm vəzifələrin icrası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər idarəsinin strukturunda Mülki müdafiə şöbəsi təşkil edilib.

Natiq bildirib ki, AMEA-da çalışan elmi işçi və digər əməkdaşların, onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlıq və digər tibbi tədbirlərin həyata keçirilməsi, onların sağlamlığının mühafizəsi istiqamətində vaxtında tibbi xidmətin göstərilməsinin təmin edilməsi zərurəti nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 noyabr 2021-ci il tarixli qərarı ilə İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və hazırda bu istiqamətdə müvafiq işlər görülür.

Sosialyönümlü işlərə də toxunan F.Əliyev AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə İşlər idarəsinin tabeliyindəki Yataqxanada Akademiyanın müxtəlif institut və strukturlarının 16 əməkdaşının yerləşdirildiyini söyləyib. Həmçinin “Alimlər şəhərciyi”ndə baş plana uyğun olaraq çoxmənzilli hündürmərtəbəli yaşayış binaları və digər tikililərin həyata keçirilməsi üçün Podrat müqaviləsinin imzalandığını və tikinti işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırıb.

Bundan əlavə, AMEA-nın Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının 1694,60 hektar torpaq sahəsi üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə İşlər idarəsinin adına çıxarışın verilməsi üçün müvafiq müraciətlərin edildiyi, eləcə də AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin 1705 hektar torpaq sahəsinin 50 hektar olan hissəsinin təyinatının dəyişdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə yazışmaların aparıldığı bildirilib.

Məruzəçi, həmçinin AMEA-nın Biofizika İnstitutunda və Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində aparılan təmir işləri, o cümlədən aparatın Mühasibatlığı tərəfindən edilən ödənişlər və s. barədə məlumat verib.

Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib.

Sonda çıxış edən AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov idarənin 2021-ci ildəki fəaliyyətini müsbət qiymətləndirərək hesabatı məqbul sayıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər