Muxtar Babayev QIŞ YUXUSUNA GEDİB ?... - YENƏ NƏFƏSİMİZİ KƏSİRLƏR...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşələrin məhv olunması üçün yeni təşkil olunan mütəşəkkil dəstənin qanunsuz əməlləri bitib tükənmək bilmir.

"dogruxeber.tv" Today.az-a istinadən xəbər verir ki, nazirliyin rəhbər şəxslərin regional meşə təsərrüfatı mərkəzlərinə yerləşdirdiyi adamlar meşələrin qırılmasına birbaşa nəzarət edirlər. Bununla bağlı mediada çox saylı faktlar əksini tapıb.

Belə kadrlardan biri də Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində çalışan və ixtisas təhsili olmayan Sərraf Quliyev adlı şəxsdir. Məlumatlara görə, Sərraf Quliyevi nazir müavini Vüqar Kərimov himayə etdiyindən regional idarənin baş mühafizə mühəndisi vəzifəsi də ona tapşırılıb. Bu baxımdan Sərraf Quliyevin rəsmi işi Haftoni meşəbəyliyində meşəbəyi köməkçisi getsədə, regional idarədə əsas söz sahibidir.

Yeri gəlmişkən qeyd edək ki, yola saldığımız 2021-ci ilin iyun ayında “Beta” şirkətinə satılan 40 hektar meşə sahəsinə yaşanan qalmaqal zamanı nazir Muxtar Babayev tərəfindən regional mərkəzin direktoru və Sərraf Quliyev işdən qovulmuşdu. Amma Sərraf Quliyev güclü himayəçisinin sayəsində işində qaldı. Ona idarənin baş mühafizə mühəndisi vəzifəsinin həvalə olunması tapşırığı da Bakıdan verilib. İddialara görə, regional idarənin “qara kassası”sı da Sərraf Quliyevə tapşırılıb. Hətta işçilərə Vüqar Kərimovun adından hədə-qorxu gəldiyi də yayılan məlumatlar sırasındadır. Sərraf Quliyevin istəklərini yerinə yetirməyənlərin (gözətçi, meşəbəyi və s.) nəzarət etdiyi meşə sahələrində yoxlama təşkil edilir və aparılan yoxlamaların nəticələri(nəticələr ürəkaçan olmadıqda isə onlar şişirdilir – red.) hüquq-mühafizə orqanlarına göndərilir.

Uzun müddət Lənkəranda meşə təsərrüfatında çalışan Sərraf Quliyevin meşə işçiləri arasında maraqlı təxəllüsü də var – Ağcaqayın Sərraf. Bu təxəllüs ona ağcaqayın ağaclarına qənim kəsildiyinə görə verilib. Məlumatlara görə, hazırda Lənkəran meşələrində ağcaqayın ağaclarına nadir hallarda rast gəlmək olub, səbəb isə işbazlar tərəfindən kəsilib satılmasıdır. Bu səbəbdən hazırda Astara və Lerik meşələri işbazların daha çox hədəfinə çevrilib.

Yerli sakinlər ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdən meşələrin qanunsuz məhv edilməsinin araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyirlər.

"dogruxeber.tv" Today.az-a istinadən Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları və Lerikin Razvondaband meşəbəyliyinin 16 saylı meşə dolayında agacların material üçün məhv edilməsinin görüntülərin bir hissəsini təqdim edir:



Muxtar Babayev QIŞ YUXUSUNA GEDİB ?... - YENƏ NƏFƏSİMİZİ KƏSİRLƏR...

Muxtar Babayev QIŞ YUXUSUNA GEDİB ?... - YENƏ NƏFƏSİMİZİ KƏSİRLƏR...

Muxtar Babayev QIŞ YUXUSUNA GEDİB ?... - YENƏ NƏFƏSİMİZİ KƏSİRLƏR...

Muxtar Babayev QIŞ YUXUSUNA GEDİB ?... - YENƏ NƏFƏSİMİZİ KƏSİRLƏR...

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər