gundem / hadise / Kriminal
29.01.2022
DƏHŞƏT ! - Evdən meyid tapılıb...
Bakıda evdən kişi meyiti tapılıb.
"dogruxeber.tv" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.



