OMD xəstəxanası   RÜŞVƏTXORLUQda ittiham edilir

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanasına) ödədiyiniz pullar rəhbər vəzifələrdə əyləşən “həkimlər” tərəfindən mənimsənilir”.

"dogruxeber.tv" yenicag.az-a istinadla xəbər verir ki, 6 aylıq övladını OMD xəstəxanasına aparan “İctimai Tv”nin əməkdaşı Ürfan Məmmədli orada üzləşdiyi neqativ hallara etiraz edib.

O, qeyd edib ki, sözügedən xəstəxanada özbaşınalıq baş alıb gedir:

“Dünən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanasında) oldum. Uzun illərdən sonra yolum özəl klinikaya yox, məhz dövlət tibb müəssisəsinə düşürdü. Bu xəstəxananın timsalında səhiyyəmizdəki rüşvətxorluğun, dələduzluğun canlı şahidi oldum. Əvvəla onu qeyd edim ki, xəstəxananın təmirli və təchizatın yeni olması yeganə təsəlli yeridir. Başqa heç bir mənzərə ürəkaçan deyil. Dəhlizlərdəki qoxular, pandemiya şəraitində ara məsafələrin qorunmaması, növbənin kortəbii təşkili, həkimlərin və tibb işçilərinin mədəniyyətsiz, səliqəsiz formada xidməti gözdən qaçmır. Məlumat hissəsində sizə qəbz və növbə verilir. Qəbzə diqqətlə baxanda orada sifarişçinin “İcbari Tibbi Sığorta” olduğunu görürsən. Lakin bütün xidmətlərə görə ödəniş etməlisən.

Həkimin biri İcbari Tibbi Sığorta vasitəsilə onlara əlavələr gəlmədiyini, digəri isə hələ bu sığortanın onların xəstəxanasında işləmədiyini dedi. “Bəs qəbzdə niyə belə yazılıb?”, – soruşanda isə, “Vallah, bizə İcbari Tibbi Sığortadan bir qəpik çatmır. Əksinə maaşımızdan da bəhanələr gətirib tuturlar. Baş həkimlərin işinə yarayır o sığorta”, – dedilər.

Ortada 6 aylıq körpəmin sağlamlığı rol oynayır. Mən bu gün buna görə vətəndaş hüququmdan istifadə etmədim. Həkimlərlə mübahisə edəcək, nəyisə sübut edəcək əhvalda deyildim. Və mənim kimi onlarla vətəndaş eyni aqibətdə idi.

Əziz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna(OMD xəstəxanasına) ödədiyiniz pullar rəhbər vəzifələrdə əyləşən “həkimlər” tərəfindən mənimsənilir. Bu azmış kimi vətəndaşlardan da pul yığırlar. Üstəlik, xəstəxanada icbari tibbi sığorta ilə bağlı məlumat lövhəsinə rast gəlmədim. Səhiyyə Nazirliyi, rəhbər vəzifələrə vicdanlı həkimləri təyin edin ki, vətəndaşlar vicdanlı və keyfiyyətli xidmət görsünlər”.

Oxunub: 1 637

Son xəbərlər

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Bütün xəbərlər