gundem / siyaset / sosial
29.01.2022, 15:48
Vətəndaşın arxiv sənədləri subasması nəticəsində məhv oldu - AÇIQLAMA + FOTO
dogruxeber.tv: - Bakı Şəhər İcra Hakimiyyətindən sənədlərini istəyən vətəndaş buna nail ola bilməyib.
O bildirib ki, səbəb olaraq ona arxiv sənədlərinin subasması nəticəsində məhv olması göstərilib.
Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq.
BŞİH-dən bildirilib ki, arxiv zirzəmidə yerləşib:
“Kanalizasiya xəttində olan problemə görə, 2016-ci ildə arxivin bir hissəsi yararsız vəziyyətə düşüb”.



