Məşhur bina Ramiz Mehdiyevdən alına bilər

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi inzibati bina Ramiz Mehdiyevdən alına bilər.

"dogruxeber.tv" Cebhe.info-ya istinadən xəbər verir ki, hazırda R.Mehdiyevin də təmsil olunduğu Rəyasət Heyəti “İsmailiyyə” tarixi binasında yerləşir. Ancaq indi binanın Rəyasət Heyətindən alınaraq xalqa açılması təklif olunur.

Təklifi AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Reporta” açqlamasında deyib.

Xatırladaq ki, bina polyak memarı İosif Ploşkonun ilk işi olub.

Qızılı rəng və əlvan mərmər daşların istifadə olunduğu bu tikili Venesiya sarayları klassikasının təcəssümüdür və 1430-cu ildə tikilmiş məşhur “Qızıl saray”ı (Ca d'oro) təkrar edir.

Sarayın bünövrəsi 1908-ci ilin sonunda Nikolayev küçəsində qoyulub. 1913-cü ildə isə sarayın açılışı olub. Müsəlman Xeyriyyə Cəmiyyətinin yığıncağı, habelə müsəlman qadınların, Bakı ziyalılarının və digər cəmiyyətlərin görüşləri bu binada keçirilib.

Sarayın fasadında və yan tərəflərində kalliqraf Mirzə Əsədulla Hilal tərəfindən İmam Əlinin “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlıyın!” kimi müdrik kəlamları həkk edilib.

Binanın maraqlı tarixi var.

Məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevin oğlu İsmayıl vərəm xəstəliyinə tutulmuşdu. Onu müalicə edən həkim Məmmədrza Vəkilov gənci İsveçrəyə aparır. Uzun müddət müalicədən sonra İsmayıl özünü yaxşı hiss edib Bakıya qayıtsa da, 27 yaşında vərəmdən ölüb.

Azərbaycanlı milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevin tikdirdiyi qadın məktəbinin dəbdəbəli zallarından birində hər il Novruz bayramı ərəfəsində qəbul keçirilirdi. Belə tədbirlərdən birində Ağa Musa Nağıyev də iştirak edirdi. Hacı Zeynalabdin fürsət tapıb ondan soruşur:

-Ağa Musa, oğlunun adını əbədiləşdirmək istəyirsən? Müsəlman Xeyriyyə Cəmiyyətinin öz binası yoxdur, mənim tikdirdiyim Qızlar Məktəbindən bir az aşağıda isə əla boş yer var. Orada ev tikdir, “İsmailiyyə” adlandıraq. Onda sənin bəxtsiz oğlunun adı bizim yaddaşımızdan silinməz.

Musa Nağıyev razılaşır.

Zeynalabdin Tağıyev sahə ayrılması barədə tezliklə Şəhər Şurasına ərizə yazır, çünki onun binanı tikmək barədə qərarı qəti idi. Bu, Zeynalabdin Tağıyevin “Kaspi” qəzetində verdiyi elanda da özünü göstərir: “... Musa Nağıyev müflisləşərsə, İsmailiyyə binasının maliyyə xərclərini öz öhdəmə götürürəm”.

Binanın təməlqoyma mərasimində tanınmış bakılılar və ziyalılar iştirak ediblər, quberniya axundu xeyir-dua verib. Tikintiyə dövrün ən yaxşı ustaları cəlb edilib. Unikal venzel, zərif daş ornamentlərin hörgüsü və naxışların gözəlliyi sarayın divarlarını bəzəyirdi. İsmailiyyə binası şəhərin mənzərəsini tamamlayırdı.

Birinci Dünya müharibəsi illərində bu binada yaralılar üçün xəstəxana yerləşib. 1918-ci ilin mart hadisələrində güllə və mərmilərdən “İsmailiyyə” sarayı ciddi zədə alıb. 1920-ci ildə isə burada böyük yanğın törədilib. Nəhayət, 1923-cü ildə memar Aleksandr Dubovun rəhbərliyi ilə bina bərpa edilib. Lakin bərpa prosesində binanın fasadında həkk olunan sözlər pozulub.

Sonralar “İsmailiyyə” binasından müxtəlif məqsədlər üçün istifadə edilib. Məsələn, müxtəlif illərdə burada Azərbaycanın Tədqiq Olunması Cəmiyyəti, Arxeologiya Komissiyası, Əlyazmalar Fondu və digər təşkilatlar yerləşib.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər