Bu rayonların elektrik şəbəkəsi yenidən qurulur


“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Bu barədə dogruxeber.tv-a qurumdan məlumat verilib.

Bildirilir ki, İmişli və Füzuli rayonları elektrik şəbəkəsi ərazisində də yenidənqurma işləri davam edir.

Layihə çərçivəsində İmişli rayonunun Mirli kəndində 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. Artıq bunlardan 2-si istismara verilib. 8 km-ə yaxın 0,4 kV-luq, 2 km-dən çox 10 kV-luq xətlər yenilənib. Ümumilikdə isə yenilənəcək 0,4 kV-luq elektrik xətti 13 km-dən, 10 kV- luq elektrik xətti isə 18 km-dan çox olacaq. Mirli kəndinin 188 abonent var.

İmişlinin Qaravəlli kəndində isə 7 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq.14 km-dən çox 0,4 kv-luq, 15 km-ə yaxın 10 kV-luq elektrik xətləri yeninələcək. Qaravəlli kəndinin 212 abonenti var.
İmişli ilə yanaşı Aran RETSİ-nin ərazisində yerləşən Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də yenidənqurma işləri həyata keçirilir. İlk məqsəd işğaldan azad edilmiş bu ərazidə “N” saylı hərbi hissəyə yeni elektrik xəttinin çəkilişi həyata keçirilir. Layihə çərçivəsində hərbi hissəyə yeni 35/0,4 kilovoltluq hava verilişi xətti çəkilir.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kilovoltluq yarımstansiyadan götürən bu xəttin uzunluğu 22 km-dir.

Qeyd edək ki, ərazi təhlükəli olduğundan öncə minadan təmizləmə işləri aparılıb.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

Son xəbərlər

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Ruslan Quliyev vəfat etdi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

Bütün xəbərlər