Talıbovun yarmarkası da BELƏ OLAR... - NARAZILIQ!

dogruxeber.tv: - Bu günlərdə Naxçıvan şəhərində Novruz bayramı münasibətilə ucuz qiymətə kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunub. İndi isə məlum olur ki, fermer və ailə təsərrüfatları bu yarmarkaya öz mallarını çıxarıb, ucuz satmağa məcbur edilirlər.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup yerli fermer məlumat verib. Onların bildirdiyinə görə, mallarını dəyərindən ucuz satmağa razı olmayan bəzi fermerlər həbs olunmaqla hədələniblər.
Şərur rayon sakini Qədim Nuriyev deyir ki, Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi bu yarmarkalara məhsul çıxarılması öhdəliyi icra hakimiyyətlərinə tapşırılır. Onlar isə, yerli icra nümayəndəliklərini məcbur edirlər ki, yarmarkaya məhsul çıxarmasını təşkil etsinlər:
“Hər bayramda bu cür məcburi yarmarkalar təşkil olunur. Bizi məcbur edirlər ki, məhsulumuzu maya dəyərindən də ucuz sataq. Mən bu dəfə razı olmadım. Çünki, bu il onsuz da çox ziyan etmişdim. Polis zəng edib, yarmarkaya məhsul çıxarmayacağım təqdirdə, məni həbs etməklə hədələdi. Məcbur pul verib, maşın tutub, tələb olunan məhsulu apardım uarmarkaya. Bizim hesabımıza Vasif Talıbovu təbliğ edirlər. Guya onun uğurlu siyasəti nəticəsində Naxçıvanda ucuzluqdur”.
Şahbuz rayon kəndlərindən birinin adının çəkilməsini istəməyən icra nümayəndəsi deyir ki, o fermerləri məcbur edə bilmədiyindən, öz pulu ilə məhsulu baha qiymətə alıb, yarmarkaya çıxarıb:
“Bizə konkret göstəriş veriblər ki, nə yolla olursa olsun, yarmarkaya məhsul çıxarılmalıdır. Ucuz qiymətə satılmalıdır deyə, heç kim məhsulunu çıxarmaq istəmir. İcra nümayəndələrinin hərəsi bir yolla fermerləri yarmarkaya çıxmağa məcbur edir. Mənim belə şeylərə üzüm gəlmir. Axı fermerlər də inşandı, ailələrini dolandırmalıdırlar. Ona görə də, məcbur qalıb, hər il olduğu kimi, bu il də məhsulları öz pulumla baha qiymətə alıb, yarı qiymətinə yarmarkaya çıxartdırdım. 300 manat ziyana düşdüm. Bu cür məcburi yarmarkalar sovet dövrünü xatırladır”.
Alıcılar isə, yarmarkaya çıxarılan məhsulların keyfiyyətsizliyindən şikayət edirlər. Naxçıvan şəhər sakini Gülnar Qasımova deyir ki, yarmarkada keyfiyyətli məhsul tapmağa çətinlik çəkib:
“Bu cür yarmarkalar o vaxt sərfəli olardı ki, təsərrüfatçıların ziyanını dövlət kompensasiya edəydi. Onları öz mallarını ucuz satmağa məcbur edirlər. Onlar da çox ziyana düşməsinlər deyə, nisbətən keyfiyyətsiz məhsulları yarmarkaya çıxarırlar. Biz onları başa düşürük və qınamırıq”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən fermerlərin iddialarını təkzib etdilər:
“Biz heç kimi heç nəyə məcbur etmirik. Fermerlər öz xoşlarına, sevinə-sevinə məhsullarını yarmarkaya çıxarırlar. Bu iddiaları Naxçıvanın inkişafını gözü götürməyənlər səsləndirə bilər”.
Bu il Novruz yarmarkasına 181 ailə təsərrüfatı müxtəlif çeşitli məhsullar çıxarıb. Bunlar səbzə-tərəvəz, ət və ət məhsulları, şirniyyat, hinduşka, qaz, ördək, toyuq əti, balıq, quru meyvələr və digər məhsullardır.
Talıbovun yarmarkası da BELƏ OLAR... - NARAZILIQ!

Oxunub: 523

Son xəbərlər

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Bütün xəbərlər