Nərimanov Tibb Mərkəzi HANSI QANUNLARA SÖYKƏNİR? - Hüquqşünasdan ETİRAZ

dogruxeber.tv: - "Hörmətli cənab sədr, Sizə müraciətimiz Nərimanov Tibb Mərkəzi (keçmiş 5 saylı xəstəxana) ilə bağlıdır". Bu sözlər hüquqşünas Şəhla Piriyevanın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Vüqar Qurbanova müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: "Məni bir hüquqşünas olaraq Nərimanov Tibb Mərkəzində həkim kimi çalışan qohumumun haqqlı şikayəti çox narahat etdi. Belə ki, həkim qohumum Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyətə çıxıb. Buna baxmayaraq Nərimanov Tibb Mərkəzinin rəhbərliyi tərəfindən məzuniyyətdə olan həkim gecə növbəsinə çağrılır. Həkim məzuniyyətdə olduğunu bildirəndə isə səbəb kimi xəstəxana rəhbərliyi həkim çatışmamazılığı olduğu üçün məzuniyyətdə olan həkimlərin gecə növbələrinə gəlmələrinin mütləq olduğunu bildirir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 110. İşçilərin məzuniyyət hüququ
İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili
Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Hörmətli cənab sədr, Xahiş edirik Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq bu məsələ ilə bağlı tədbir görəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.//dia.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər