gundem / hadise
4.04.2022
Sumqayıtdakı poliqonda yanğın olub, araşdırma aparılır
"dogruxeber.tv" xəbər verir ki, Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda aprelin 4-də saat 10 radələrində yanğın hadisəsi baş verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.


