Şəmkirin ŞÜBHƏLİ QÜDRƏTİ...

"dogruxeber.tv" bildirirki, Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov Bakı Ağır Cinayət Məhkəməsində dindirilir.

Xatırladaq ki, 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılmışdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Onun barəsində 28 aprel 2021-ci il tarixində Səbail Rayon Məhkəməsi 4 ayılıq həbs qətimkan tədbirini seçmişdir.

Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşlara zərər vurulması, qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.

Lakin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan icra başçısının köməkçisi Mahir Əliyev və Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev hal-hazırda azadlıqdadırlar. Hətta Qüdrət Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri işləyir.

Qeyd edək ki, Qüdrət Əliyev daha əvvəl Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun birinci müavini vəzifəsində çalışıb. 14 aprel 2021-ci il tarixdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, adı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunanlar siyahısında olan şəxsin, yəni Şəmkir Rayon Təhsil Şöbəsinin hal-hazırda rəisi işləyən Qüdrət Əliyevin bu postu tutması yolverilməzdir. Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilən Təhsil Şöbəsinin şefi Qüdrət Əliyevin vətəndaşlara zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verməsinə dair əsaslı dəlilər əldə olunub. Buna baxmayaraq, Qüdrət Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işini davam etdirir. Onun haqqında Təhsil nazir Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev heç bir çəza tədbiri görməyiblər, hətta onun qanunsuz əməllərini görməməkdən irəli gəlirlər.

Xatırladaq ki, bundan öncə həbs olunan icra başçıları ilə birlikdə onun müavinləri, təhsil şöbəsinin müdirləri haqqında da cəza tədbirləri görülüb. Ən azından həbs olunan İcra Hakimiyyəti başçısının kadrları tutduğu vəzifədən uzaqlaşdırılıb.
P.S. Mövzuya qayıdacayıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Hurriyyet.az

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər