Xətainin icra başçısından OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...

dogruxeber.tv: - Xətai rayonunda növbəti “yaşıl soyqırım” törədilib. Belə ki, rayon ərazisində, konkret olaraq General Əliağa Şxlinski 32-dəki yaşıllığı ələ keçimək istəyən naməlum şəxslər öz çirkin niyyətlərinə çatmaq üçün ağacları yandırıblar.

Bu haqda "Hürriyyət"ə müraciət edən sakinlər bildirirlər ki, ərazidə olan ağaclar qəsdən məhv edilib. Onların sözlərinə görə, dünən - 26 aprel tarixində ərazidəki ağaclar bir gündə iki dəfə yandırılıb. Belə ki, günorta saatlarında FHN-in yanğındürənləri baş vermiş yanğını söndürsələr də, axşam saatlarında ərazidəki ağaclar yenidən yandırılıb.

Sakinlər iddia edir ki, bu yanğın Xətai rayon İcra hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirilib, məqsəd ərazini baha qiymətə satmaq, yaxud orda tikintin həyata keçirməkdir. Bu səbəbdən də, yanğının törədilməsinə məhz İcra Hakimiyyəti nümayəndələrinin məsuliyyət daşıdığı vurğulanır.

Qeyd edək ki, Xətai rayonunda yaşıllıqların məhv edilməsi yeni deyil. Bu barədə demək olar ki, hər gün hansısa qanunsuzluğun şahidi oluruq. Görünür, bu dəfə də ağacları kəsən şəxslər ya ərazini saxta sənədlərlə satışını təşkil edir, ya da yaşıllığı məhv etməklə, özlərinə obyekt tikmək fikrindədirlər. Ərazidə yaşayan vətəndaşlar "Hürriyyət"ə bildiriblər ki, ağaclığı kütləvi şəkildə məhv edənlərin Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları olması ərazidə çəkilən fotolar və videolardan təsdiq edilməkdədir.

Əslində, ərazinin bir gündə iki dəfə yandırılması da bu faktın heç də təsadüf olmadığını ortaya qoyur. Bu, həm də onu sübut edir ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi torpaqların qanunsuz sənədlərlə satışını davam etdirməkdə israrlıdırlar. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri sözügedən ərazidə baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və bu kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.

Araşdırmalarımız davam edir.

Xətainin icra başçısından OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...

Xətainin icra başçısından OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...

Son xəbərlər

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bütün xəbərlər