Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

"dogruxeber.tv"a verilən məlumata görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinə yekun vurulub.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov layihənin əsas missiyasının Cəmiyyətin hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olduğunu diqqətə çatdırıb. O, Cəmiyyət tərəfindən mütəmadi olaraq icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək, əhalinin rifah halının yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib. Sədr müavini gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Daha sonra KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev dövlət qayğısı sayəsində regionda sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verib, sözügedən layihənin töhfələrindən danışıb. O, təlimə cəlb edilmiş yerli fermerlərlə mütəmadi əlaqə saxlanılacağını və dəstəyin davam etdiriləcəyini qeyd edib.

Daha sonra təlim və praktiki məşğələlərdə iştirak etmiş Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.

Xatırladaq ki, layihənin ilkin mərhələsi çərçivəsində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş təşkil edilib. Layihənin növbəti mərhələsində isə müəyyən edilmiş ehtiyaclar üzrə cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Proqram çərçivəsində parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Eyni zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminar keçirib. Təlimlərdə fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər