Nazirin öz işçilərindən XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...

dogruxeber.tv: - Peşə fəaliyyətimizlə bağlı apardığımız müşahidələrə, topladığımız təcrübəyə, işgüzar yazışmalarımızdan gəldiyimiz qənaətə əsasən təxmin edirik ki, bu məqaləmizdə tənqidimizə tuş gələn qarşı tərəfin cavabı təxminən belə olacaq: “Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir”

Yəqin, nəzərimizə çatdırılacaq ki, “Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”.

Bildiriləcək ki, “Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İndi isə keçək əsas məsələyə. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbi 1 sentyabr 1968-ci ildə yaranmışdır. Məktəbdə ilk direktor Quliyev Qaryağdı Qubad oğlu olmuşdur. Yarım əsrdən çox yaşı olan bu məktəbdə bir neçə ay bundan əvvəl əsaslı təmir işlərinin aparılması üçün vəsait ayırılıb. Təmir işlərinə başlanılan kimi binanın bayır divarlarının daş üzlükləri (aqlay) sökülərək eyni materialdan olan yeniləri ilə dəyişdirildi. Halbuki, köhnələri cilalayıb üzünü ağartmaq daha məqsədəuyğun olardı. Razılaşaq ki, bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə ən bariz nümunədir. Təbii, ilk ağıla gələn fikir bu olacaq ki, belə israfçılıqdan səmərə götürən işbazlar vardır. O halda da ilk şübhə sözügedən müəssisənin tabe olduğu Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin başbilənlərinin üzərinə düşür. Üstəlik, işləri yerinə yetirən fəhlələrin də zəhmət haqqının verilmədiyi bildirilir.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd olunur ki, Nazirlik tərəfindən aparılan yoxlama nəticəsində məktəb binasının dam örtüyünün lazımi keyfiyyətdə vurulmadığı aşkarlanıb və sökülüb yenidən işlənməsi qərara alınıb. Bildirilir ki, hökumətə qiyməti 60-65 manat civarında başa gələn dam örtükləri sökülərək ayrı-ayrı müştərilərə xeyli uzuc – 25 manatdan satılır. Nazirin Beyləqan rayonuna bu yaxında gözlənilən gəlişinədək dam örtüyünü tələsik yeniləyəcəklər, yəni, yenə də israfçılıq edəcəklər.

RealMedia.az -ın redaksiyasına daxil olan informasiyalarda qeyd edilir ki, Regional İdarənin musiqi məktəbinin əsaslı təmiri üçün nisyə götürülmüş inşaat materiallarına görə Beyləqanda yerli sahibkarlara xeyli borcu yaranıb. Bütün bu israfçılığın, korruptiv əsaslı talançılığın gerçəkləşdirilməsində isə iş icraçısı Cəsarət adlı prarabın adı hallanır. Amma hamı bilir ki, Cəsarət bu israfçılığa yol verəcək qədər naşı da deyil, dövlətin pulunu təkbaşına mənimsəyəcək qədər cəsarətli də deyil.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Oxunub: 547

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər