Ukraynalı nazirin son çıxışının ŞİFRƏLƏRİ: - “Müharibə davam edəcək və...”

dogruxeber.tv: - "Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik. Müharibənin ilk aylarında Rusiya qoşunlarını fevralın 24-dək mövqeyinə sıxışdırmaq bizim üçün qələbə sayılardı. İndi isə biz hərbi cəbhədə çox güclüyük və Donbas uğrunda müharibəni udacağıq. Bu, müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Əlbəttə, bu, savaşda bizim üçün qələbə qalan ərazilərimizin də işğaldan azad edilməsidir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dünən "Financial Times”ə müsahibəsində bildirib. Nazir deyib ki, yalnız Rusiyanın məğlubiyyəti Ukraynaya Qara dənizdə limanlarını açmağa və ixracat iqtisadiyyatını dirçəltməyə imkan verər: "Əgər Kiyev daha çox hərbi dəstək alarsa, biz onları Xerson vilayətindən də çıxara, Rusiyanın Qara dəniz donanmasını darmadağın edə və dəhlizi mühasirədən azad edə bilərik”.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, nazirin bu sözləri daxili auditoriyaya da hesablana bilər:

"Ola bilsin, Kuleba sadəcə ictimai ovqatın aşağı düşməməsi üçün belə danışıb. Lakin proseslər göstərir ki, Qərbin Ukraynaya dəstəyi heç də az deyil. Əksinə, hərbi yardımlar getdikcə artmaqdadır. Bunu ayrı-ayrı təşkilatların, o cümlədən NATO-nun rəsmi şəxsləri də etiraf edirlər. Təsadüfi deyil ki, rəsmi Kiyev müharibənin ilk günlərində Qərbin onları tək qoymağından gileylənirdisə, indi belə bəyanatlar səsləndirilmir. Görünür, Ukrayna özü də Qərb üçün Rusiyanı zəiflətməkdən ötrü sadəcə vasitə olduğunu anlayır. Amma başqa yolunun olmadığını da bilir. Çünki indiki proseslərin alternativi Rusiyaya "yem” olmaqdır. Güman ki, ayrı-ayrı Qərb nümayəndələri, o cümlədən liderlər həmkarları ilə müzakirələrində onları daha da ürəkləndirir, hətta, bəlkə də, geri çəkilməmələri barədə xəbərdarlıq edirlər. Nəticədə Ukrayna rəsmiləri də bu cür cəsarətli açıqlamalar verirlər”.

Müsahibimiz bildirib ki, döyüşlər uzandıqca Rusiya zəifləyir və bu da Ukrayna rəsmilərinin daha cəsarətli danışmalarına, həm də lazımi ictimai rəy yaratmağa şərait yaradır:

"Dmitro Kuleba və digərləri oxşar bəyanatlarla özlərinin potensialları, üstünlükləri barədə qarşı tərəfə mesaj verir və Kremli uyğun şərtlərlə atəşkəsin əldə olunmasına çağırırlar. Nazirin "hərbi cəbhədə çox güclüyük” fikirləri bu baxımdan xüsusilə əhəmiyyətlidir. Eyni zamanda Kuleba bu açıqlaması ilə Qərbə də çağırış etdi. Böyük ehtimalla savaş hələ davam edəcək və getdikcə Rusiyanın vəziyyəti pisləşəcək. Əvvəllər də dediyimiz kimi, Moldova istiqamətində ikinci cəbhənin açılması və döyüşlərin Rusiya ərazisinə keçməsi mümkündür”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər