Xankəndidəki atışmanın üstü açıldı: “general” həbs olundu - TƏFSİLAT

Xəbər verdiyimiz kimi, dünən Xankəndi şəhərinin mərkəzi meydanında atışma olub.

"dogruxeber.tv" JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, hadisənin konkret səbəbləri məlum deyil. Yalnız bu gün səhər bilinib ki, hadisəni törədənlərdən biri qondarma “general” imiş.

Məlumata görə, hadisə nəticəsində meydanda dayanmış avtomobillərdən birinə zərər dəyib. Avromat silahdan açılan atəş nəticəsində ölən və yaralanın olmadığı deyilir.

Xankəndidəki separatçıların yaydığı son məlumata görə, hadisəni törədən şəxs bölgədəki erməni terrorçularının nümayəndəsi, qondarma “müdafiə ordusu”nun keçmiş “müavini, “general-leytenant” Samvel Karapetyandır. Karapetyanın bu gün səhər həbs edildiyi bildirilir. Lakin onun bu addımı niyə atdığı, hansı səbəbdən silahdan istifadə etdiyi, habelə kimlərə qarşı etdiyi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, qondarma “general” “Oqanovski” ləqəbi ilə tanınır.

Xatırladaq ki, şəhərdə baş vermiş hadisədən sonra ermənilər arasında şaiyələr yayılıb. Həmin şaiyələrə əsasən guya, hadisəni Azərbaycan xüsusi təyinatlıları törədib. Hətta baş verənlərdən sonra panika yaşandığı, Xankəndidəki ermənilərin qorxu içində olduqları bildirilirdi.

JAMAZ.İNFO-nun dəqiqləşdirməsinə görə, Samvel Karapetyan Arayik Harutyunyan və komandası ilə yol getməyən adam olub. O, 44 günlük müharibədən sonra daha aqressiv mövqe tutub, hətta könüllülərdən ibarət dəstələr yaradaraq, Azərbaycana qarşı döyüşmək istəyində olduğunu da açıq bəyan edib. Lakin onun bu addımının qarşısı alınıb və bir müddət proseslərdən kənarda tutulub.

Güman edilir ki, Samvel Karapetyanla Arayik Harutyunyan arasında münasibətlər yenidən gərginləşib. Çünki son zamanlar Qarabağda separatçılar arasında ixtilaf daha da artıb, hətta bəzi hallarda aqressiyaya da çevrilib. Ehtimal olunur ki, Karapetyanın dünən şəhərin mərkəzində məhz Arayikin adamlarına qarşı silahdan istifadə edib.

Maraqlı məqamlardan biri odur ki, baş vermiş hadisə ilə bağlı təfsilatlı heç bir açıqlama verilmir. Mümkün qədər mövzunu lokallaşdırmağa, məxfi saxlamağa çalışırlar. Görünür, işin içində daha ciddi məqamlar var və separatçılar da onun üzə çıxmasında maraqlı deyillər.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər