Gənclər və İdman Nazirliyində qanunsuzluqlar AŞKARLANDI

Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.

"dogruxeber.tv" xəbər verir ki. audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Belə ki, bağlanmış müqavilələr çərçivəsində federasiyalar tərəfindən təsdiqedici və əsaslandırıcı sənədlər bəzi hallarda ümumiyyətlə təqdim olunmayıb, bir sıra hallarda isə düzgün tərtib edilməyib, bəzi hallarda isə təqdim edilmiş sənədlər əsaslı olmayıb. Qeyd edilənlər, eyni zamanda Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib.
Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.

Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsinə yol verilib, layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi əlavə vəsait istifadəsinə şərait yaradıb, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib.

Son xəbərlər

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Bütün xəbərlər