Ərdoğanın Bakı səfəri... - İNCƏLƏMƏ...

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Ərdoğan vurğulayıb ki, Türkiyənin Azərbaycanla ortaq səyləri regionda sülhün ən böyük təminatçısı olacaq: “Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm.

Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”. Məlumat üçün deyək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək. Türkiyə liderinin mayın 26-29-u aralığında ölkəmizdə keçiriləcək “Texnofest” festivalında iştirak edəcəyi deyilir. DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Ərdoğanın mesajları və gözlənilən növbəti səfəri çox mühümdür. Professorun fikrincə, artıq yeni ənənənin başlanğıcı qoyulmaqdadır:

“28 mayda Ərdoğan kimi nüfuzlu bir liderin Bakıya gəlişi adi səfər olmayacaq. Vətən müharibəsində qazandığımız Zəfərin hərbi-siyasi memarı olan Ali Baş Komandan İlham Əliyevlə Qafqaz siyasətinin banisi Ərdoğanın görüşündə yeni siyasi proqnozlar gündəmə gələcək, proqramlar hazırlanacaq. Yaxın bir il üçün planlar cızılacaq. Səfərin Müstəqillik Gününə salınması da rəmzi məna daşıyır. “Texnofest” festivalı da Azərbaycanın siyasi-iqtisadi uğuru kimi dəyərləndirilməlidir. Hazırda Rusiya-Ukrayna arasında müharibə gedir. Azərbaycan və Türkiyə bu məsələdə eyni mövqedən çıxış edirlər.

Ərdoğan dünya çapında böyük siyasi oyunçudur. Əlbəttə, Türkiyə lideri tək deyil, onun yanında Azərbaycan Prezidenti var. Güclü Azərbaycan dövləti siyasi aktor kimi dünya səhnəsinə qədəm qoyub.

Sonuncu Brüssel görüşündə Azərbaycanın qazandığı uğurlar göz önündədir. Liderlər Bakıdan İrəvana, Ermənistanı dəstəkləyən dövlətlərə mesaj verəcəklər. Eyni zamanda Azərbaycan-Türkiyə birliyini sevməyən, açıq və gizli mübarizə aparanlara qarşı fikirlər səsləndiriləcək.

Yəni Ərdoğanın 28 may səfəri Azərbaycan üçün önəmlidir. Bu, həmçinin, Türk Dövlətlər Təşkilatının güclənməsi yönündə də ciddi addım sayılmalıdır”.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər