Sərdar Cəlaloğlu Prezident Administrasiyasına çağırıldı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində mayın 26-da Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən "dogruxeber.tv"a verilən məlumata görə, Prezident İlham Əliyevin “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq” fikirlərini xatırlatmaqla görüşə başlayan şöbə müdiri Azərbaycan Demokrat Partiyasının iqtidarla əməkdaşlığını yüksək dəyərləndirib.

Yeni siyasi konfiqurasiyanın inkişaf etdirilməsi, iqtidar-müxalifət dialoqunun təşviqi ən yeni islahatlar dalğasının tərkib hissəsi kimi qeyd olunub. Bildirilib ki, ölkəmizdə siyasi partiyalar arasında sağlam münasibətlərin qurulması, partiyaların legitim fəaliyyəti üçün lazımi işlərin görülməsi dövlətimizin başçısı tərəfindən şöbənin qarşısına qoyulmuş önəmli vəzifələrdən biridir. Bu vəzifələrin layiqincə icrası üçün partiyalarla birgə əməkdaşlığa çox böyük önəm verilir. Hər bir partiyanın cəmiyyətin siyasi həyatına özünəməxsus qatqısı var və bu, ölkəmizdə fikir plüralizminin inkişafının qarantıdır. Təbii ki, ölkəmizdəki siyasi sabitlik uğurlarımızın vacib əsaslarından biridir və siyasi sabitliyin qorunması hər bir ölkə vətəndaşının üzərinə düşən məsuliyyətdir. Bu səbəbdən radikal siyasi meyllər dövlətçiliyə təhdiddir. Hər bir siyasi partiya bu təhdidlərə qarşı mübarizə aparmalı və cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.

Ölkəmizdə aparılan siyasi islahatlar çərçivəsində belə bir görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Sərdar Cəlaloğlu qeyd edib ki, ölkədə sağlam siyasi mədəniyyətin formalaşdırılması, dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük işlər görülməkdədir. Postmüharibə dövrünün problemlərinin aradan qaldırılması, postpandemiya dövründə ölkə iqtisadiyyatının inkişafı, bütün əhali təbəqələrinin sosial müdafiəsinin güclənməsi üçün islahatların daha intensiv xarakter alması olduqca vacibdir. Azərbaycan Demokrat Partiyası dövlətimizin güclənməsi, əhalinin rifahının yaxşılaşdırılması, cəmiyyətin siyasi maarifləndirilməsi üçün imkanlarını səfərbər etməyə hazırdır.

Tərəflər ölkəmizdə partiyalararası əməkdaşlığın yeni formatları, iqtidar-müxalifət dialoqunun fərqli formalarda inkişafı, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.

Oxunub: 549

Son xəbərlər

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Bütün xəbərlər