“Hökumət vətəndaşa pensiya verməmək üçün əlindən gələni edir” - FAKT BUDUR!

dogruxeber.tv: - Azərbaycanda hazırda kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 62 il 6 ay nəzərdə tutulub. Gələn il bu rəqəm kişilər üçün 65, qadınlar üçün isə 63 il təşkil edəcək. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Eyni zamanda qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ əldə edir.

Ekspertlər 2017-ci ildən Azərbaycanda pensiya təminatının sərtləşdiyini deyərək, pensiya yaşının azaldılmasını və şərtərin yumşaldılmasını təklif edirlər. Lakin görünən odur ki, Azərbaycan hökuməti bu təklifləri nəzərə almaq və pensiya islahatlarına getmək niyyətində deyil.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu AYNA-ya deyib ki, işlək ölkə əhalisinin yarısının ortalama məvacibi 350 AZN civarındadır: “Koronavirus pandemiyasından çıxan və sürətlə artan qiymətlər fonunda, bu, nəinki təkcə əhalinin dolanışıq səviyyəsini çətinləşdirir, eyni zamanda gələcək pensiya təminatına da bilavasitə təsir göstərir. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62,5 yaşında ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir”.

“Bu o deməkdir ki, işsiz təbəqə ümumiyyətlə, pensiya ala bilməyəcək. Minimum əmək haqqı ilə çalışanlar isə qeyd olunan stajı yerinə yetirmək üçün 40 ilə yaxın işləməlidirlər. Bu rəqəmlər reallığı əks etdirmir və hökumət gələcəkdə öz vətəndaşına pensiya verməmək üçün əlindən gələni edir”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəsssin sözlərinə görə, əmək qabiliyyətli əhalinin yarıdan çoxu gələcəkdə pensiya deyil, qocalıq müavinəti alacaq: “Hökumət mütəmadi olaraq pensiyaların artması ilə öyünür. Əslində bu artımlar inflyasiya şərtlərini ödəmir. Təqaüdçülər onsuz da çətin maddi vəziyyətdə yaşayırlar. Onların əksəriyyəti övladlarının, doğmalarının dəstəyi hesabına güzəranını keçirir. Bir balaca pensiyalar qalxan zaman isə bu, gələcəkdə pensiya alacaq vətəndaşların sayına təsir edir”.

“Millətin yarısı üçün gələcəkdə yalnız qocalıq müavinəti nəzərdə tutmağın bir adı var – biabırçılıq. Təsəvvür edin ki, bu göstərici üzrə postsovet məkanında ən son yerlərdən birini tuturuq. Dünya təcrübəsinə nəzər yetirsək, görərik ki, təqaüdçülər dövlətin dəstəyinə sığınırlar. Belə görünür ki, bizim bu məsələdə də bəxtimiz gətirməyib. Bu təbəqədən olan insanlar da Allahın ümidinə buraxılıb”, - deyə İbadoğlu vurğulayıb.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya söyləyib ki, hökumət təcili olaraq pensiya islahatlarına başlamalıdır: “Bu gün Azərbaycanda ortalama pensiya yaşı 72 civarındadır. Pensiya yaşının artırılması adətən iki səbəbdən baş verir: Birinci səbəb iqtisadi problemlər, ikinci səbəb isə əhalinin ömrünün uzun olmasıdır. Hökumət rəsmiləri bəyan edirlər ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır və bu göstəricilərə görə dünya liderlərindənik. Əgər doğrudan da belədirsə, o zaman birinci səbəb istisna olunur”.

“O ki qaldı uzunömürlülük məsələsinə, bizim əhalinin orta ömür müddəti nəinki artmayıb, əksinə azalıb. Deməli, ortaya çıxan mənzərə ondan ibarətdir ki, hökumət özü maraqlıdır ki, Azərbaycanda pensiya alan əhalinin sayı azalsın. Dünya iqtisadiyyatında önəm verilən əsas məsələlərdən biri sosial təminatla bağlıdır. Bizdə isə vaxtaşırı olaraq pensiya yaşı ilə bağlı müddət uzadılır”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, minimum pensiya almaq üçün 40 il işləmək lazımdır: “Əks halda qocalıq müavinəti ilə kifayətlənməli olacaqsan. Bu rəqəm o qədər azdır ki, bununla heç bir həftəni yola vermək olmur, nəinki ayı. Uzağa getməyək, qonşu Gürcüstanın təcrübəsinə istinad edək. Orada sosial vergi üsulundan istifadə olunur. Bizdə də buna ehtiyac var. DSMF ləğv edilməli, əmək haqqından tutulan vergi birləşdirilib sosial vergi alınmalıdır. Bu verginin də 10 faizi işə götürəndən, 10 faizi isə işçinin maaşından tutulmaqla həyata keçirilməlidir”.

“Məsələn, işçi 1000 manat maaş alırsa, 100 manat iş verən, 100 manat isə işçi vergi ödəyir. Bu, gələcəkdə hamıya bərabər pensiyanın təyin olunmasını təmin edən bir sistemdir. Bütün hallarda pensiya islahatları qaçılmazdır. Mövcud şərtlər gələcəkdə yaşlaşacaq əhali üçün dərin sosial problemlər vəd edir. Buna isə kənardan müşahidəçi qismində qalmaq olmaz”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər