gundem / dunya
15.06.2022
Meksikada polislə toqquşmada 11 dəstə üzvü öldürüldü
Meksikada təhlükəsizlik qüvvələrinin cinayət təşkilatlarına qarşı əməliyyat keçirib.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, polis Meksika əyalətinin Tekskaltitlan qəsəbəsində bir dəstəyə qarşı keçirdiyi əməliyyatda dəstə üzvləri ilə qarşıdurma yaraıb. İnsident nəticəsində 11 dəstə üzvü öldürülüb, 4-ü yaralanıb.
Polis həmçinin 7 dəstə üzvünü saxlayıb. Digər tərəfdən əməliyyat zamanı 3 polis yaralanıb.
Dəstə üzvlərindən 20 uzunlüləli silah, çoxlu patron, gülləkeçirməz jiletlər və müxtəlif rabitə vasitələri götürülüb.



