"“Prius” sürücüləri arasında xeyli nöqsanlar var" - AÇIQLAMA

dogruxeber.tv: - “Əlbəttə, son baş verən hadisələr onu göstərir ki, “Prius” sürücüləri arasında xeyli nöqsanlar var. Qayda pozuntularına yol verən sürücülər daha çoxdur. Bunun da başlıca səbəbi həmin sürücülərin taksi fəaliyyətiylə məşğul olmasıdır. Ona görə taksi fəaliyyətinə cəlb olunanlar gərgin iş rejimində çalışırlar və bu da onun avtomobil idarə etməsi məsələsində özünü göstərir. Çünki bizim yol-hərəkəti haqqında qanunda birbaşa göstərilib ki, sürücü normal iş və istirahət rejimində avtomobil idarə edə bilər”.

Bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. E.Muradlı taksi şirkətlərinin sürücüləri istismar etdiyini bildirib:

“Bizdə fasiləsiz olaraq dörd saat avtomobil idarə etməyə icazə verilir. Dünya ölkələrində isə bu qayda iki saatdır. Sürücü dincəlməlidir, istirahət etməlidir. Buna isə nəzarət yoxdur. Taksi sürücüləri isə şirkətlərin əlində əsirə çevriliblər, asılı durumdadırlar, onlara heç bir güzəşt yoxdur. Özümüz fasiləsiz 6 saat avtomobil idarə etsək, hansı vəziyyətə düşərik... Bunu test edib ağır nəticəsini də görmək olar. Ona görə taksi fəaliyyətiylə bağlı mütləq qaydalar bərqərar olmalıdır və bunun da işlək bir mexanizmi olmalıdır. Biz o vətəndaşları özünü sahibkar adlandıran bəzi şəxslərin əlindən xilas etməliyik. Taksi sürücülərinin qarşısında görün nə qədər öhdəlik qoyuruq. Birinci vətəndaşlarla xoş danışmalısan, maşın yaxşı vəziyyətdə olmalıdır, söhbət etmə, düş vətəndaşa kömək elə, axşam kreditini ödə və sair.

Bəs dövlət taksi sürücüsü üçün nə edir? Heç nə, harda dayanır, orda cərimə yazılır. Bəs bu taksi sürücüsü düşməndirmi, başqa planetdənmi gəlib? Axı bunlar da insandır. Bu gün Bakıda əlli minə yaxın taksi sürücüsü var. Onlar özləri-özlərini işlə təmin edib, dövlətə yük olmayıblar. Barmağı qapı arasında qalıb, əlillik dərəcəsi alıb sonra dövlətin yaxasından yapışanlar var ki, məni təmin etməlisən. Amma bu yazıq taksi sürücülərinin səsi belə çıxmır. Bu gün hansısa beynəlxalq transmilli şirkətlər var ki, onların da əksəriyyətinin arxasında erməni iş adamları dayanır. Onlar bir tərəfdən, yerli imkanlı şəxslər də sürücüləri digər tərəfdən əsir vəziyyətinə salır. Kimin imkanı var gedib “Prius” alır və o şirkətlərə qoşub nəzarət edir. İndi hünəri varsa, sürücü xətdən ayrılsın. Sürücü bu şəkildə asılı vəziyyətə salınıb, istismar edilib. Sanki sürücünü oksigen balonuyla gölə atmışıq və deyirik ki, bütün günü burda üzməlisən, quruya çıxmaq olmaz. Amma o balondakı oksigen qurtarır və yenə də onun sahilə çıxmasına icazə vermirik və deyirik ki, mənə pul lazımdır. Bu isə yolverilməzdir”.

Oxunub: 364

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər