Təhsil nazirliyi pulları HARA XƏRCLƏYİR? - VACİB SUAL

Millət vəkili Etibar Əliyev təhsil sahəsində yol verilən yanlışlıqlar və bu sahəyə ayrılan vəsaitlərin mənimsənilməsindən gileylənib.

Deputatın fikrincə, Dünya Bankının ayırdığı külli miqdarda kredit vəsaiti istiqaməti üzrə xərclənmir, dərsliklərin yazılmasında monopoliya var, təsadüfi adamlar məktəblərə direktor təyin olunur, ali məktəblər naşı idarəçiliyin qurbanına çevrilib: “Vaxtilə neqativ hallardan danışanda məhəl qoyan olmadı, lakin acı nəticələri sonradan gördük. Dünya Bankının krediti və Proqramlara ayrılan vəsaitlərin mənimsənilməsi hesabına milyonçu olanları hamı tanıyır. Bu vəsaitin hesabına yazılan kurikulum sənədi proqram, məzmun və dərsliklərdə dolaşıqlıq yaratdı. Bu sənədi ölkənin elm və təhsil adamları yox, Hollandiyanın hansısa CİTO qrupu bizə sırıdı. Acı fəsadları göz önündədir. Dərsliklər elə urvatsız səviyyədə yazıldı ki, müəllim, şagird və valideyn labirintə düşdü. İndi də bu proses davam edir. Günləri yola veririk, tənqid edənlərdən düşmən obrazı yaradılır".

Təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, təhsilin maliyyələşdirilməsi əksər dünya dövlətlərinin sosial siyasətinin prioritetlərindən hesab olunur. Təhsilin inkişafı üçün ayrılan vəsait düzgün xərclənsə, hansısa nailiyyətə nail olmağın mümkünlüyünü düşünən ekspert deyib ki, təhsil sahəsinə kifayət qədər pul ayrılır, nəticəsi isə olmur:

“Millət vəkilinin qeyd etdiyi məqamlarla razıyam. Bu sahəyə ayrılan maliyyə müvafiq şəxslər tərəfindən mənimsənilir və tamam fərqli istiqamətlər üzrə xərclənir. Aradan 12-13 il keçməsinə baxmayaraq ölkənin ali təhsil müəssisələrində Bolonya sisteminin tətbiqi arzuolunan səviyyədə deyil. Orta məktəblərdə tətbiq olunan kurikulum sistemi ilə bağlı vəziyyət də eyni cürdür. Biz hələ kurikulumdan əvvəlki təhsil sistemindən də çıxa bilməmişik, bu da təhsildə xaotik bir vəziyyət yaradır. Orta və ali təhsil müəssisələrində də bu sahədə çatışmayan cəhətlər çoxdur.

Təsirli proqramların istifadə olunmasını təmin etmək üçün müəyyən komissiyalar yenilikləri öyrənməli və tətbiqi üzərində çalışmalıdır.

Tədris proqramları ağır olduğuna görə, həm təhsil alanlar, həm də təhsil verənlər bu proqramların mənimsənilməsində əziyyət çəkir. Çünki vaxtında bu təhsil proqramlarının tətbiqi səriştəsiz və sistemdən xəbərsiz insanlara həvalə olundu. Yeni proqramlarla bağlı yetərli bilik və bacarıqlara sahib olmayan pedaqoji heyətin kortəbii idarəçiliyinə münbit şərait yaradıldı.

Ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur. Ayrılan vəsait bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur”.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər