Ramin Musayev “lox” sözünə aydınlıq gətirdi: - “Təhqir deyil”

dogruxeber.tv: - Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev canlı efirdə “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi” ifadəsinə görə ciddi tənqid olunur.

Bu barədə Pravda.az-a açıqlama verən Ramin Musayev bildirib ki, “lox” sözü təhqiramiz söz deyil: “O sözü aşağılamaq niyyəti ilə deməmişəm. Kim bu sözü təhqir kimi qəbul edirsə, öz işidir. Düzdür, jarqon ifadədir, amma təhqir deyil. “Lox” sözü aciz mənasında işlənir. İnsan insana deyir ki, “sən məni loxlamaq istəyirsən?” Yəni aldatmaq istəyirsən? İstər hər hansı klub, istər insan, istərsə də heyvan haqqında heç vaxt təhqiramiz, kimisə alçaldacaq söz işlətmərəm. Ola bilər, ləhcədən çox şey asılıdır. Məsələn, Azərbaycanda elə bir söz var ki, onu Gürcüstanda işlətmirlər. Deyirlər, mənası pis çıxır. Gürcüstanda elə söz işlənir, onu Azərbaycanda istifadə etmirlər. Hər kəs sözü bir cür yozur. Yaxşı, Ramin Musayev bir səhv işlədib. Hər şeyi qoyaq kənara. Mənə bir şey maraqlıdır. Bəs Mahir Əmrəlini Polşada pis günə qoyub qovanda, daş-qalaq edəndə niyə bu insanların biri onun müdafiəsinə qalxmadı? Bu sualıma cavab verin. Axı Mahir də bizim millətin övladıdır, milli komandanın üzvüdür. Gənc oğlandır, onun da həyatı var. Niyə onu biabr elədilər, qovdular? Onun heyfini çıxmıram, sadəcə kimlər ki düşünürlər “Ramin Musayev komandını alçaltdı”, xeyr, alçaltmamışam. Nə də bu niyyətlə həmin sözü demişəm. Mətbuata çox şeyi açıqlamaq istəmirəm, amma əfsus ki, bəzi insanlar istifadə edirlər. Düşünürlər ki, onların arzularının həyata keçməsinə əngəl oluram. Elə bir şey yoxdur. Heç kimə maneə olmuram, əksinə… İşlədiyim dövrdə qəbulumda olan insanlar görür ki, hər dəfə kömək etmək niyyətində olmuşam. Şənbə günüdür, amma bu gün işdəyəm. Elə olur ki, şənbə-bazar günləri bir valideyn uşağının əlindən tutub AFFA-ya gəlir. Problemi, dərdi var. Şənbə-bazar AFFA-da işçi olmur. Düzdür, uşaq futboluna aidiyyətim yoxdur, buna baxmayaraq, insandır, gəlib dərdini söyləməyə. O insanları qəbul edirəm. Əlimdən gələn köməkliyi artıqlaması ilə göstərirəm. Çünki insandır, bu adam 5 gün işləyir, 2 gün istirahət günü var. Övladının yanında pərt olmasın deyə, qəbul edirəm, xoş niyyətlə yola salıram. Bu, bizim insanlıq borcumuzdur. Vəzifə borcu başqa, insanlıq borcu başqadır…”

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər