Azərbaycanda toy və yas mərasimləri yenidən qadağan edilir? - Professordan VACİB AÇIQLAMA

Son günlər bəzi məkanlarda, eyni zamanda dövlət qurumlarında maska qadağasının tətbiq edilməsi əhali arasında bəzi suallar yaradıb. İnsanlar hesab edir ki, bu, pandemiya qaydalarının sərtləşdirilməsi üçün atılan ilk addımlardır. Digər tərəfdən yoluxma sayının son iki gündə kəskin şəkildə artması, dörd nəfərin koronavirusdan vəfat etməsi də narahatlıq doğuran əsas məqamlardandır.

Maraqlıdır, bu qadağalara indiki durumda ehtiyac varmı, yaxın günlərdə respublika ərazisində maska taxılması məcburi ola bilərmi? Ümumiyyətlə yoluxma sayının artmaması üçün hansı qadağalar tətbiq edilməlidir?

"DoğruXəbər.az" -ın məlumatına görə, tanınmış həkim, professor Adil Qeybulla Manset.az-a açıqlamasında bildirib ki, pandemiyanın əvvəlki dalğalar kimi pik nöqtələri artıq gözlənilmir. Pandemiyanın sonuna doğru getdiyini bildirən professorun sözlərinə görə, bütün bunlara baxmayaraq, virus hələ tam yoxa çıxmayıb, mutasiya etməkdə davam edir:
"Virusun yoluxuculuq indeksi xeyli yüksəlib, eyni zamanda öldürücülük qabiliyyəti xeyli aşağı düşüb. Bu, təbii prosesdir. Virusun mutasiya edərək hüceyrə axtarmaq prosesidir.
Əslində, mən Azərbaycanda epidemioloji vəziyyətin kəskin pisləşdiyini düşünmürəm. Hətta yoluxmalar çox sayda olsa belə. Amma nə qədər ki, pandemiya bitməyib, karantin qaydaları qalır. ola bilər ki, qapalı mühitdə karantin qaydalarının gözlənilməsi zərurəti ortaya çıxsın. Yəni maska taxılması, sosial məsafə, əllərin gigiyenası və sair. Həmçinin kütləvi tədbirlərin (toy və yas mərasimləri və digər tədbirlər) azaldılması, məhdudiyyətlər də gündəmə gələ bilər. Amma başqa kəskin qadağalara gediləcəyini düşünmürəm və buna zərurət olmayacaq, proseslər tədricən sönməyə doğru gedəcək".

Son xəbərlər

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Bütün xəbərlər