gundem / sosial / sou
20.07.2022, 17:47
Xaricdə sığınacaq almaq üçün milləti təhqir edirlər - Brillinat əsəbləşdi
Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri də sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanlarla bağlıdır.
Bu halla məşhurlar daha çox rastlaşırlar. Onlara qarşı təhqir və böhtan adətən saxta hesab və profillər üzərindən edilir.
Bəzi ifaçılar həmin şəxslərin cavabını hüquq-mühafizə orqanları ilə verir, bəziləri isə onlara özləri əsəbi cavablar verirlər.
"DoğruXəbər.az" bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova bildirib ki, məşhurları sosial şəbəkə vasitəsilə təhqirləri xüsusi təşkil edənlər var:
“Mən bu mövzuya televiziya proqramında şərh verib demişdim ki bu informasiya hücumlarını təşkil edənlər var. Fikir vermisizsə xarici ölkələrdə sığınacaq almaq üçün internetdə oturub xalqın şairini, yazıçısını, sənət ustalarını, millət vəkillərini təhqir edən ünsürlər var. Sizcə onlar kimlərin işinə yarayırlar? Əlbəttə ki, düşmənin.
Onlardan bir çoxu xalqın adından danışır, amma xalqın nümayəndələrini nalayiq ifadələrlə təhqir edirlər. Bəs şair, yazıçı, müğənni (mən əlbəttə əsl müğənnilərdən bəhs edirəm) xalq deyilsə, xalq deyəndə onlar kimləri nəzərdə tuturlar? Bu bizə, vətəndaşlarımıza, cəmiyyətimizə qarşı əsl informasiya müharibəsidir. Və bu kimi hallar artıq öz işini görüb, nəticələr də ortada ay kimi aydındır”.


