gundem / dunya
22.07.2022, 09:15
Dani Alvesin yeni klubu məlum oldu
Braziliyalı müdafiəçi Dani Alves Meksikanın "Pumas" futbol klubuna pulsuz transfer olunub.
"DoğruXəbər.az" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.
Müqavilənin şərtləri barədə məlumat verilməyib. D.Alves 2008-2016-cı illərdə, həmçinin 2021-ci ilin noyabrından 2022-ci ilin iyun ayına kimi "Barselona"da çıxış edib. İyunun 15-də futbolçu İspaniya klubu ilə ayrılıb.
O, müxtəlif vaxtlarda Braziliyanın “Baya”, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ klublarında da çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusu sayılır.



