Fuad Muradov idmançı Nəriman Abbasovla görüşdü

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü, yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasovla görüşüb.

"DoğruXəbər.az" xəbər verir ki, qonağı salamlayan Komitə sədri bu ilin iyun ayında çempionluq titulu uğrunda Moskvada keçirilən "AMC Fight Nights"da növbəti parlaq qələbə qazanması münasibətilə Nəriman Abbasovu təbrik edib. Rusiya təmsilçisi Marif Pirayevlə “ilin oyunu”nun vətənimizdə və xaricdə yaşayan soydaşlarımız arasında maraqla izləndiyini söyləyən Komitə sədri qonşu ölkədəki diasporumuzun idmançımıza güclü azarkeş dəstəyi göstərdiyini məmnunluqla vurğulayıb. Soydaşlarımızın və diaspor üzvlərimizin hər zaman idmançının müxtəlif ölkələrdəki çıxışlarına mənəvi dəstək göstərməyə hazır olduğu nəzərə çatdırılıb, ona bundan sonrakı karyerasında davamlı uğurlar arzulanıb.
Təbrikə və xoş diləklərə görə minnətdarlığını bildirən Nəriman Abbasov gələcək planları ilə bağlı fikirlərini bölüşüb və sentyabrda ABŞ-ın Las Veqas şəhərində baş tutacaq yarışa qatılacağını bildirib.

Qeyd edək ki, Nəriman Abbasov 1 fevral 1994-cü il tarixində Bakıda anadan olub. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlayıb. Nomad MMA N1 PRO kəmər sahibi (2014), 2 qat WMMAF versiyasında MMA üzrə dünya çempionu (2015, 2017), Dünya Kuboku çempionu (2018), MMA üzrə Avrasiya çempionu (2015) olub. 2021-ci ildə Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələrək çempion olub və 2022-ci ildə çempionluq titulunu təkrar qazanıb. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir.

Son xəbərlər

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bütün xəbərlər