“Dərslərə sentyabrın 15-də başlamaq təhsilimizi çökdürmək üçün edilib” - deputat

Azərbaycanda gerçək təhsil islahatı dərslərin sentyabrın 1-dən başlaması ilə olacaq”. DoğruXəbər.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib.

Deputat qeyd edib ki, tədrisi, təhsili hansısa şəkildə eksperimentə çevirmək olmaz:

“Sentyabrın 1-i dərslərin başlaması məsələsində təkcə şagirdlərdən yox, eyni zamanda müəllimlərin effektivliyindən söhbət gedir. Azərbaycan məktəblərinin əksəriyyətində kondisioner yoxdur. Yoxdursa, deməli isti hava şəraitində dərslərin keçirilməsi problem olacaq. Məktəblər tikiləndə bunu nəzərə almayıblar. Sentyabr ayında havalar iyundan elə də isti olmur və dərslərin sentyabrın 1-dən başlamaması tədris planını alt-üst edir”.

Millət vəkilinin sözlərinə görə, dərslərin başlama vaxtı məsələsi Azərbaycan təhsilini çökdürmək üçün məqsədyönlü şəkildə düşünülüb:

“Əslində bu addım atılmalıdır. Təhsil proqramı sentyabrın 1-dən mayn 31-dək olmalıdır. Kim əksini iddia edirsə, bunu əsaslandırmalıdır. Üstəlik, Bakıda iyunda “Formula 1” yarışlarının keçirilməsi o ərazidə yerləşən məktəblərin tədris fəaliyyətinə müəyyən problemlər yaradır. Bu cür mötəbər tədbirin keçirilməsi baxımından da, təhsili vaxtında tamamlamaq lazımdır ki, hər hansı maneə ilə qarşılaşmayaq.

Bu cür vəziyyətin isə heç bir əsaslandırması yoxdur. Sadəcə bizdə bu cür məsələlərdə heç kim cəsarət edib yalnışı düzəltməyə maraq göstərmir. Bu 15-17 il əvvəl edilmiş bir yalnışdır”.

Fazil Mustafanın fikrincə, ölkəmizdə təhsilə pul qazanmaq yeridir:

“İki sahədə varlanmaq mümkündür. Bizdə silah satmaq imkanları məhdud olduğu üçün, bir narkomaniyda, bir də təhsildə varlanmaq mümkündür. Nə qədər adam təhsil sahəsində qısa müddətdə zəngin adama çevrildi? Məncə, bu məsələdə maraq varlanmaq yox, gələcəyimizin insanını yetişdirmək olmalıdır.

Bütün hallarda təhsilin kəsintisini aradan qaldırmaq lazımdır. Sentyabrın 15-də başlayan tədris formal xarakter daşıyır və təhsil, demək olar ki, oktyabrın 1-də başlayır. Bizim kimi ölkələr 1 ay, 1 gün belə təhsildə gecikirsə, bu geriliyimizin əsas səbəblərindən biridir.

Ona görə də istəyirlər, iyunda dərs günlərini daha da artırsınlar, amma dərsin sentyabrın 1-də başlaması təhsili yeni düzənə salacaq. Bununla da keyfiyyətli tədris proqramı tərtib etmək mümkün olacaq”.

Qeyd edək ki, dərslərin sentyabrın 1-dən başlaması məsələsi məhz Fazil Mustafa tərəfindən ötən ay gündəmə gətirilib.

Təhsil naziri Emin Əmrullayev isə iyulun 28-də keçirilən brifinqdə dərslərin iyunun sonuna qədər uzanmasının arzuedilən olduğunu qeyd edib. Nazirin fikrincə, tədris ayın əvvəlində başlayıb, ay sonunda bitsə belə, təhsilimizin daha keyfiyyətli olacağı inandırıcı görünmür.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər