Baş prokuror hədə-qorxu ilə pul tələb etmədən danışdı

"Reket jurnalistikası” cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür”.

DoğruXəbər.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər:

“Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsəıən, “Tərtər işi” ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolberilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik", - o bildirib.

"Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. “Reket jurnalistika” da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktlarları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”, - Baş prokuror vurğulayıb. //report//

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər