gundem / hadise / Cəmiyyət
30.07.2022
Avqust ayının ilk iş həftəsi hava belə olacaq - Şimşək, yağış...
Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Bu barədə "dogruxeber.tv"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şərq küləyi arabir 15-18 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.



