"Sumqayıt-Sərnişin" ASC-də gəlir hara gedir?!-PREZİDENTƏ MÜRACİƏT!

dogruxeber.tv: - Redaksiyamıza "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları Bədəlov Naib ƏLİ oğlu və Aslanov Yaqub Sahibiyə oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir neçə yüksək instansiyalara ünvanladıqları məktubun surəti daxil olub. Müəlliflər müraciətdə 24 ildir ki, "Sumqayıt-Sərnişin" ASC-nin səhmdarları olmalarına baxmayaraq məlum haqq və hüquqlarından məhrum olmalarından bəhs edirlər. Bu problemin həllində-haqqlarının bərpa olunmasında dövlət başçısından kömək istəyirlər.

Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı "Sumqayıt-Sərnişin" ASC-dən açıqlama almaq istəsək də olmadı... Bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (maddə 106-1) ” Səhmdar Cəmiyyətinin səhmdarları hüquqları “ Qanunvericiliyə əsaslanaraq bildirirəm ki , 15.06.1998 -ci ildə “Sumqayıt Sərnişin “ ASC yaradılmışdır. 24 il keçməsinə baxmayaraq bu müəssisənin səhmdarları kimi qanunvericilikdə nəzərdə tutulmuş “səhmdarların hüquqların”dan istifadə etməmişik.

Bu illər ərzində Cəmiyyətin fəaliyyət göstərməsinə baxmayaraq (Qeyd:bütün obyektlər icarəyə verilir) 24 il ərzində (1998) bir dəfə də olsun səhmdarların yığıncağına dəvət edilməmişik və ötən illərə görə cəmiyyətin gəlirindən divident verilməyib.

İlk dəfə olaraq 14 avqust 2020-ci il tarixində səhmdarların yığıncağı barədə poçt vasitəsi ilə dəvət almağımız barədə məlumat aldıq.

14.08.2020-ci il tarixdə “Sumqayıt-Sərnişin” ASC-yə səhmdarların yığıncağına getdik. Səhmdarların yığıncağı heç bir qanun səviyyəsində aparılmadı. Pandemiyanı əsas gətirərək balaca bir otaqda səhmdarları tək-tək dəvət etdilər. Yeganə məsələ sahib olduğumuz səhmləri daha yüksək faizlə səhm əldə etmiş şəxsə verilməsi idi. Cəmiyyətə sahib olan sahibkarların özü və yaxud səlahiyyətli nümayəndəsinin kim olduğu məlum olmadı. Belə məlum oldu ki, 24 il müddətində sahib olduğumuz səhmlərin yeganə “Dividenti” səhmlərimizin bu gün kiməsə pay verməyimizdir.

Mülki məcəllənin “106-1.3.6 maddəsinə əsasən səhmdarların cəmiyyətin fəaliyyətini təftiş komissiyası və ya auditor tərəfindən yoxlanmasını tələb etmək” “106-1.3.7 cəmiyyətin xalis mənfəətindən divident almaq” hüququndan istifadə edərək , və Azərbaycan Respubluikası Konustitusiyasının 57-ci maddəsinə (vətəndaşların müraciət etmək hüququ) əsaslanaraq Sziə müraciət etməklə, Azərbaycan Respublikası Qanunları çərcivəsində hüquqlarımızın qorunmasını Sizdən xahiş edirik".

Mövzunun davamı olacaq.//yenixeber.org

Son xəbərlər

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Azərbaycanda iki yeni institut yaradıldı

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olundu

Yeni sistem: Robotlar işçilərə nəzarət edəcək

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

Mütəxəssislər "Sabah"ın qələbəsinin, "Qarabağ"ın titulsuz qalmasının səbəblərini açıqladı

DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışdı

Yusif Həsənbəy vəfat etdi

Tanınmış hakim təqaüdə göndərildi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Səfirlik: Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarıq

Kukla Teatrında yeni tamaşanın premyerası olacaq

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

Bakıda avtobuslarda yenilik: Bu şəxslərə gediş-gəliş pulsuz olacaq

Prezident həmkarını təbrik etdi

Aeroport yolunda avtomobil yandı..

Qardaş ölkədən şok görüntülər - FOTO

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

Təbii qazın dəyəri artdı

180 illik sirr açıldı..

Dəhşətli ailə faciəsi: Kişi arvadını və ögey qızını qətlə yetirdi

Bu türk ölkəsi məktəblərdə telefonu qadağan etdi

Saleh Səmədovun məhkəməsi başladı

Bütün xəbərlər