`Qocalar Evi`ndə QUANTANAMO QAYDALARI... - İTTİHAM VAR!

dogruxeber.tv: - Hansı dinə sitayiş etməsindən asılı olmayaraq, hər kəs ölüsünü hörmətli şəkildə dəfn etməyə çalışır. Bu işdə vacib əməllərdən biri ölünü ölü sahibinin yumasıdır. Lakin müəyyən səbəblərə görə bunu etməyənlərə halallıq əldə edilərək, mürdəşirlər yardımçı olur. Onlar İslam aləmində vacib nüanslardan biri olan cənazəni layiqli şəkildə, müsəlman kimi dəfnə hazırlayırlar.

Kimsəsiz adamların da cəsədi yerdə qalmır. Ürəyində Allah xofu olan başqa şəxslər meyitləri dini qaydalara uyğun dəfn edirlər.

Ancaq bu günlərdə redaksiyamıza daxil olan bir məlumat bizi hədsiz dərəcədə təəccübləndirdi və təəccübümüzə səbəb oldu. Məlumatda bildirilir ki, “Qocalar Evi” kimi tanınan Bilgəh qəsəbəsindəki Müharibə Əlilləri və Əmək veteranları üçün 1 saylı Pansionatda dünyasını dəyişən ahıl yaşlı şəxslərin meyitləri yuyulmadan basdırılır. Əgər bu vacib əməl yerinə yetirilmirsə, yəqin ki heç dua da oxunmur.

Ümumiyyətlə, Samirə Mehdiyevanın direktor vəzifəsinə təyin olunmasından sonra pansioatda baş verən cinayətə bərabər tutulan qanunsuzluqlar barədə xeyli deyilib, xeyli yazılıb. Onları təkrarlamağa lüzum görmürük. Qeyd etməyə dəyər ki, Samirənin və onun başına yığdığı müftəxorların törətdikləıri qanunsuz hərəkətlər qoca da olsalar, əlil də olsalar, diri insanlara qarşı yönəlmişdi. Amma pansionun pensiyaları oğurlanan, ərzaq payları yağmalanan mərhum sakinləri ən azından müsəlman adətinə uyğun dəfn olunmağı haqq etmişdilər. Eşidən-bilən danışır ki, bu haqqı onlara çox görən Samirə Mehdiyevanın yediyi gec-tez burnundan gələcək. Baş verənlər nəinki ölənlərin yaxın-uzaq qohum-əqrəbaları, hətta Bilgəh qəsəbə sakinlərinin də ciddi narazılığına səbəb olub.

Yeri gəlmişkən, xəbər var ki, taqətdən düşmüş qocaların pensiya kartları yenə də Samirənin sərəncamındadır, kartlardakı pullar pansionun Arif, Nurlana və daha bir dayə — əməkdaşı tərəfindən banklomatlardan çəkilir. Sakinlərə xörək yerinə az qala it yalı verilir. Halbuki, xeyriyyəçilər vasitəsilə pansionun mətbəxinə bol ərzaq, hətta quzular da gəlir ki, pansion sakinlərinin süfrəsinə deyil, Samirə Mehdiyevanın evinə, məsləhət bildiyi ünvanlara aparılır.

Mövzuya qayıdacağıq. //deryaz.az//

Son xəbərlər

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Bütün xəbərlər