“Açıq qapı” aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi

“Açıq qapı” aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi.

“2023-2027-ci illəri əhatə edəcək yeni proqram hazırlanır. Proqram çərçivəsində 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.” Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib. “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi, həmçinin qeyd edib ki, hazırda ölkə üzrə 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 19 yaşayış massivi isə istismara qəbul prosesindədir. Aksiyada çıxış edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək avqust ayında 47 minə yaxın zəng qəbul etdiklərini və bunun 25%-ə yaxınının müqaviləsi olmayan yaxud müqaviləsini yeniləməli olan abonentlər tərəfindən edildiyini vurğulayıb. Şöbə rəisi həmin abonentləri “ASAN Kommunal” mərkəzlərinə və ya ərazi üzrə müvafiq qaz xidmət sahələrinə yaxınlaşıb müqavilə bağlamalarını xahiş edib. Əks təqdirdə isə müqaviləsi olmayan abonentlərin qaz təchizatının dayandırılacağını bildirib. “SOCAR “Azəriqaz” İstehsalat Birliyi daima imza atdığı ilklərlə və həyata keçirdiyi yeniliklərlə yadda qalmağa çalışıb. Qurumun gerçəkləşdirmiş olduğu “Mühəndis İnkişaf Proqramı” bu yeniliklərin davamı kimi bu gün də icra olunmaqdadır.” Bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. Şöbə rəisi həyata keçirilən bu proqramın effektiv olacağına, gənclərə stimul verəcəyinə əmin edib.//Qanunla.az

“Açıq qapı” aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi

“Açıq qapı” aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi

“Açıq qapı” aksiyasında suallar cavablandırıldı, yeniliklər barədə məlumat verildi

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər