ƏHALİYƏ XƏBƏRDARLIQ: Çəkdiyiniz şəkillər təhlükəlidir

"Ermənistan öz məğlubiyyətini və öz xalqını aldatdığını gizlətmək üçün sosial şəbəkələrdə məhdudiyyət qoya bilər. Ermənistanın qoyduğu məhdudiyyət peşəkar fəaliyyətin bir parçası kimi qiymətləndirilə bilməz".

Bunu Sonxeber.az-a IT üzrə mütəxəssis Bəhruz Əliyev deyib.

"Peşəkar fəaliyyətin necə olduğunu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında, Azərbaycan 44 günlük Vətən müharibəsində çox aydın formada göstərdi. Ordumuz innovativ texnologiyalardan istifadə edərək, dünyada aparılan döyüş üslublarına yeni müasir səviyyə qazandırdı. Bir çox inkişaf etmiş ölkə bizi heyrətlə izlədi, bu qürürverici idi. Ona görə də ölkəmizdə İT texnologiyların məqsədyönlü inkişafında hər birimiz maraqlı olmalıyıq və yenilikləri mənimsəməliyik. Milli avadanlıq və proqram təminatlarının yaradılmasında yüksək səylər göstərilməli və başda əlaqədar qurumlardan hər bir fərdə qədər təşəbbüs daha da genişlənməlidir.

İlk öncə vətəndaşlarımız çox ayıq olmalı və heç bir halda hər hansı hərbi-təhlükəsizlik və bənzər məsələlərinə aid video və şəkil çəkib paylaşmamalıdır. Video və şəkil çəkdikdə bu faylların içinə əməliyyat sistemi tərəfindən ümumi adla "metadata" adlandırılan məlumatlar yerləşdirilir. Bu Metadatada GPS koordinaltlardan tutmuş telefon modelinə qədər hətta telefonun digər parametrlərinə qədər tapmaq mümkündür. Çəkilən media faylları paylaşıldıqda düşmən əlinə keçərsə, həmin koordinatlara hücüm edilə bilər və ya bilmədən düşmənə kəşfiyyat məlumatları ötürülmüş ola bilər. Ölkəmizdə sosial şəbəkələrin bağlanması sadəcə peşəkar yanaşmanın bir nəticəsi olaraq, məsul qurumlar tərəfindən zəruriyyət yaranarsa, texniki olaraq mümkündür. Bu da düşünürəm ki, yuxarıda qeyd edilən məsələlərə sosial şəbəkə istifadəçilərimizin həssas yanaşmasından asılıdır. Əgər təhdid varsa, təbii ki bağlanması labüddur. Arxa cəbhədə olan hamımız informasiya müharibəsinin bilərək və ya bilməyərək içində olduğumuzu unutmamalı, eyforiyaya qapılmamalı və diqqətli olmalıyıq. Bu məsələlərdə diqqətsizlik həm mənəvi, həm də hüquqi məsuliyyət tələb edir".

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər