İrəvanın suya düşən KTMT ARZULARI... - İNCƏLƏMƏ...

Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik davam edir. Tərəflər arasında atəşkəsin elan edildiyi bildirilsə də, rəsmi İrəvan təxribatlara son vermir.

Prinsip etibarilə, hazırda baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir.

Bunu sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan tərəfinin zərbələr endirməsi və rəsmi İrəvanın dərhal KTMT-yə müraciət etməsi də təsdiqləyir.

Ermənistan 2020-ci ildə olduğu kimi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirərək, təşkilatı prosesə cəlb etməklə mövcud vəziyyəti xeyrinə dəyişmək niyyətində idi.

Maraqlıdır ki, rəsmi İrəvanın bu cəhdi də eynilə 2020-ci ildə olduğu kimi fiasko ilə yekunlaşdı. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın müraciəti əsasında videokonfrans vasitəsilə növbədənkənar iclas keçirdi və İrəvanı KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icra tələbini rədd etdi. Bununla belə təşkilat sadəcə Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

KTMT-nin növbəti dəfə Ermənistanın tələbini rədd etməsinin bir neçə səbəbi var:

Birincisi, Ermənistanın təşkilatdan tələb etdiyi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icrası üçün real əsas yoxdur. Məsələ ondadır ki, həmin bənd təşkilat üzvlərindən birinə kənar ölkənin müdaxiləsi zaman keçərlidir. Mövcud situasiya isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı sonrasında yaranıb.

Rəsmi Bakının təxribatın ardından reallaşdırdığı unikal cavab əməliyyatı özünümüdafiə xarakterlidir və bu beynəlxalq hüququn normalarına uyğundur.

İkincisi, KTMT üzv olan ölkələr hər biri bu gün Azərbaycana Ermənistandan böyük önəm verir. Xüsusilə Qazaxıstan, Qırğızıstan və Tacikistan. Təsadüfi deyil ki, Ermənistanın müraciətinə hər üç ölkə xüsusilə etiraz edib və Azərbaycan əleyhinə veriləcək qərara dəstək verməyəcəklərini bildiriblər. Bundan sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib.

Üçüncüsü, hazırda Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi imzalanıb, nə də sərhədlər tam olaraq müəyyənləşməyib. Yəni hər iki ölkə real müharibə vəziyyətindədir. Sərhədlərin təyin edilməməsi ehtimal əməliyyatlar zamanı təriflərin bir-birinin ərazilərinə müdaxilə etməsi arqumentini cürüdür.

Dördüncüsü, Ermənistan KTMT üzvü olsa da Azərbaycan da KTMT üzvü və aparıcı ölkəsi Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalayıb. Nəzərə alsaq ki, təxribatı Ermənistan tərəfi başladıb rəsmi Bakı Moskva bəyannaməsini əsas gətirərək Rusiyadan dəstək istəyə bilər. Hesab edirəm bunu KTMT üzvləri də bilir və məhz buna görə Azərbaycan əleyhinə qərar vermir.

Beşincisi, Azərbaycan tərəfi həqiqətən də Ermənistanın iddia etdiyi kimi Ermənistana hücum edibsə rəsmi İrəvan bunu isbat edəcək peyk görüntülərini KTMT və digər təşkilatlara təqdim edə bilər.// DİA.AZ

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər