Prezidentdən "Elektron kənd təsərrüfatı" ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"dogruxeber.tv" xəbər verir ki, fərmana əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

1.1. aşağıdakı məzmunda 3.1.3-2-ci yarımbənd əlavə edilsin:

“3.1.3-2. “baytarlıq xidmətləri monitorinqi” altsistemi;”;

1.2. 3.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.3. “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvandarlıq təsərrüfatlarının, heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin (vaksinasiya daxil olmaqla) və onlara dair digər məlumatların (o cümlədən yaşı, cinsi, sağlamlıq vəziyyətinə dair məlumat, idxal edildiyi halda idxal nömrəsi və s.) qeydiyyatının aparılması, habelə bu Əsasnamənin 3.2.3-2-ci yarımbəndi nəzərə alınmaqla, heyvandarlıq təsərrüfatları üzrə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsi, heyvanların süni mayalandırılması işinin təşkili;”;

1.3. aşağıdakı məzmunda 3.2.3-2-ci yarımbənd əlavə edilsin:

“3.2.3-2. “baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (bundan sonra − baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi;”;

1.4. 5.1.26-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.27-ci və 5.1.28-ci yarımbəndlər əlavə edilsin:

“5.1.27. xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı bağlanılmış müqavilələrin icrası barədə məlumatlar;

5.1.28. heyvanların qırxım məntəqələri və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətlər barədə məlumatlar.”;

1.5. 7.1.1-ci yarımbənd üzrə:

1.5.1. 9-cu abzas aşağıdakı redaksiyada verilsin:

“9. EKTİS-də qeydiyyatdan keçən süni mayalanma və baytarlıq mütəxəssisləri, onların göstərdiyi xidmətlər haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;”;

1.5.2. aşağıdakı məzmunda 14–17-ci abzaslar əlavə edilsin:

“14. baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini izləmək;

15. baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini qiymətləndirmək;

16. əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;

17. heyvanların qırxım məntəqələrində və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətin yerinə yetirilməsini təsdiqləmək və ya imtina etmək;”;

1.6. 7.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.4. heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;

4. heyvandarlıq təsərrüfatları üzrə baytarlıq xidmətlərinin göstərilməsi və nəticəsi barədə məlumatları daxil etmək;

5. əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;

6. baytarlıq xidmətləri göstərilən heyvanlar barədə məlumatları daxil etmək;

7. baytarlıq xidmətləri üzrə monitorinqin nəticəsi ilə tanış olmaq və qeydlərini daxil etmək;

8. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi baytarlıq xidmətləri barədə məlumatları daxil etmək;”;

1.7. aşağıdakı məzmunda 7.1.9-cu yarımbənd əlavə edilsin:

“7.1.9. heyvanların qırxım məntəqələri:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi xidmətlər üzrə məlumatları daxil etmək.”.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Son xəbərlər

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Bütün xəbərlər