Ramin Bayramlının kadrı ilə bağlı İLGİNC İDDİALAR... - Gündüz Əbdülov köhnə ampluasındadır...

dogruxeber.tv: - Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Gündüz Əbdülovun fəaliyyəti ilə bağlı iddialar səslənməkdədir. Bildirilir ki, işinin öhdəsindən gələ bilməyən təhsil şefi varis planı qurmaqdadır. TİA.Az-a verilən xəbərə görə, G. Əbdülov öz yerinə Dəyanət Fərzəliyevi hazırlayır. Fərzəliyevi özü ilə gətirmiş idarə rəisi indi taxt-tacını ona ötürməyi planlaşdırır.

Məlumatda deyilir ki, Gündüz Əbdülov Qarabağ Regional Təhsil İdarəsinin müdiri təyin olunandan sonra özünü doğrultmadı. Belə ki, təcrübəli kadrlara deyil, öz tanışlarına üstünlük verməyə başladı. Əsasən də tələbə yoldaşlarını başına toplayaraq qurumu idarə etmək həvəsinə düşdü. Onların arasında təqaüdə çıxmış hərbçilər belə var, amma Əbdilov faktiki qaziləri kənarda qoyub.

İddialara görə, özünün təhsil idarəçiliyində təcrübəsi olmadığı üçün ətrafına dostları yığaraq iş “görməyə” çalışır. Misal üçün, Ağdam şəhərində rüşvətlə direktorlar təyin edir,
Qarabağda kadr təyinatlarını düzgün aparmır, Dəyanət Fərzəliyevi də peşə məktəbindən inzibati idarə şöbəyə müdir gətirdikdən sonra hər şey bərbad şəklini alıb.

Bundan başqa, pensiyada olan tələbə yoldaşlarını işə götürən idarə rəisi gənc qaziləri hərbi hazırlıq müəllimi kimi də işə götürmür.

Məlumata görə, Ağdamda 68 nömrəli tam orta məktəbdə əməkdar müəllimi direktorluqdan çıxarıb yerinə icra başçısının həyat yoldaşını təyin edib. İddialara görə, onun diplomu saxtadır. Amma araşdırılmasına ehtiyac var.

Eyni zamanda, Təhsil Nazirliyinin 28 iyul 467 nömrəli əmrində qeyd olunub ki, müəllimlərin çalışma həddi 65 yaş olubsa, diaqnostik qiymətləndirmədən 70 % yığan müəllimlərlə müqavilə bağlanmalıdır .

Ancaq Gündüz Əbdülov az bal toplayan dostlarının müqaviləsini uzadır, başqalarına çatanda haqsızlıq edir. Bəli, Qarabağ azaddır, indi təhsil idarəsi də fəaliyyət göstərir, amma məmurların əməllərindən azad deyil. Bax, bunu dəyişmək zamanıdır. Təhsil Nazirliyinin bu məsələlərə diqqət ayıracağını gözləyirik.

Barəsində bunca iddialar səsləndirilən Gündüz Əbdülov zamanında TƏBİB-in Aparat rəhbəri işləyirdi və keçmiş TƏBİB şefi Ramin Bayramlının ən yaxın kadrı hesab olunurdu. Bayramlının başına gələn məlum olaylardan sonra Gündüz Əbdülov da təbii olaraq yön dəyişdirməli, iz azdırmalı oldu. DİA.AZ bildirir ki, görünəni odur, təhsil sahəsində özünə yer etməyə çalışan Əbdülov bu gün daha çox Ramin bayramlıdan əxz etdiklərini tətbiq etməkdədir... nəinki ölkə qanunlarına söykənərək fəaliyyət göstərmək...

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər