Bu cür müəllim heyəti ilə yüksək ixtisaslı mütəxəssis necə hazırlamaq olar? - Qərbi Kaspi Universiteti tənqid edildi

“Dünyanın heç bir yerində təhsil adı ilə imitasiyalara yol verilmir. Təəssüflər olsun ki, bu, bizdə adi hal alıb. Məsələn, Qərbi Kaspi Universitetinin adı yaxşı ali təhsil verən universitet kimi hallanır. Universitetin elektron resurslarından bəzi məlumatlar diqqətimi çəkdi. Sən demə, bu ali məktəbdə 8 məktəb fəaliyyət göstərir. Universitetlərin reytinqinin əsas kriteriyalarından biri professor-müəllim heyətinin tərkibidir. Bu məktəblərin akademik heyətinə baxanda, məni təəcüb bürüdü. Bu cür akademik heyətlə necə keyfiyyətli təhsil vermək olar?”

"dogruxeber.tv"ın pravda.az-a istinadən xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Universitetin Tətbiqi və Təbiət Elmləri Məktəbi və İqtisadiyyat məktəbinə diqqət edək: Yazırlar ki, Tətbiqi və Təbiət Elmləri Məktəbi Qərbi Kaspi Universitetinin qabaqcıl məktəblərindən biridir. Məktəbin nəzdində Təbiət Elmləri kafedrası, Ekologiya və ətraf mühit kürsüləri fəaliyyət göstərir. Məktəb fizika, tətbiqi riyaziyyat, biologiya, kimya və fizika sahələrində yüksək səviyyəli mütəxəssislər hazırlayır. Məktəb ən son laboratoriya avadanlığından istifadə edərək fiziki, fizikokimyəvi profillərinin müvafiq fənləri üzrə dərslər keçirir. Məktəbin intellektual, maddi və texnoloji resurslarının hazırki vəziyyəti, tətqiqatların aparılması və elmi inkişafına imkan yaradır. Akademik heyətdə 13 müəllim təmsil olunur, bunların 4 nəfəri kimyü üzrə fəlsəfə doktoru, 4 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 4 nəfərin elmi dərəcəsi yoxdur, 1 nəfərin adının qarşısına professor elmi adı yazılıb, lakin elm sahəsi göstərilməyib. İqtisadiyyat Məktəbi haqqında yazılır: Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbimiz tələbələrə yüksək səviyyəli təhsil verməklə, respublikamızın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək məqsədi güdür. Tələbələr üçün yüksək keyfiyyətli tədris və təlim mühiti yaradır. İqtisadiyyat məktəbi-universitetin ən aparıcı fakültəsi kimi mövqeyini hər keçən gün gücləndirir və ölkədə nüfuzunu artırır. Şəxsi və peşəkar sahədə yüksək standartlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirir. Akademik heyətə cəmi 4 müəllim daxildir, 1 nəfər-riyaziyyat üzrə fəlsəfə doktoru, 1 nəfər-doktorant, 2 nəfərin isə elmi dərəcəsi yoxdur. Bu cür müəllim heyəti və aşağı bal toplayan tələbə ordusu ilə necə yüksək ixtisaslı mütəxəssis hazırlamaq olar? Bu universitetdə fəaliyyət göstərən digər məktəblərdə də müəllim heyəti analoji xarakter daşıyır. Əlindəki imkanlardan istifadə edib öz universitetini təbliğ etmək, gözə kül üfürmək, varlanmaq məqsədilə tələbə toplamaq, oliqarx olmaq üçün cəmiyyəti ələ salmaq lazım deyil. Bu universitetin də ailə, qohum-əqrəba universiteti olması məsələsinə toxunmadım. Danışanda dünyəvi dəyərlərdən danışırlar, təfəkkür isə feodallıqdan kənara çıxmayıb” – E.Əliyev qeyd edib.

Oxunub: 354

Son xəbərlər

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Bütün xəbərlər