gundem / siyaset / dunya
7.10.2022, 13:30
Türkiyə İsrailə səfir təyin etdi
Türkiyə 4 illik fasilədən sonra İsrailə səfir təyin edib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"2010-2014-cü illərdə Qüdsdəki Baş Konsulluq, 2017-ci ilin yanvarından 2021-ci ilin may ayına qədər Yeni Dehlidəki səfirlik vəzifələrində çalışmış Şakir Özkan Torunların Türkiyənin Tel-Əvivdəki səfiri təyin edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.
Bundan bir qədər əvvəl İsrail Türkiyəyə səfir təyin edib.



