Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham - Fransa bundan sonra ədalətli VASİTƏÇİ OLA BİLƏRMİ?

Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edib.

"dogruxeber.tv" modern.az-a istinadən xəbər verir ki, “Reuters”in məlumatına görə, Makron sərhəddə baş vermis sentyabr döyüşlərini Rusiyanın “məqsədli təxribat”ının nəticəsi adlandırıb. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” baş verib.

“Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar”, - Makron bildirib.

“Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”.

Makron əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq.

“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, - Fransa prezidenti əlavə edib.

O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.

“Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, - deyə Makron qeyd edib,

“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır.

“Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər