Pensiyaya çıxan və sosial müavinətə müraciət edənlərdən sənəd tələb edilməyəcək


"Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq".

dogruxeber.tv xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.


O xatırladıb ki, “Əmək pensiyaları”, “Sosial müvaniətlər” və “Sosial xidmət” haqqında qanunlara Milli Məclisin plenar iclasında birinci oxunuşda dəyişikliklər qəbul olunub:

"Plenar iclasda təqdim etdiyim qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən, vətəndaşlarımız pensiyaya çıxan və ya müavinət almaq istəyən zaman o heç bir sənəd təqdim etməyəcək. Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək.

Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa, o zaman Dövlət Sosial Müdafiə Fondu sorğu göndərib həmin informasiyanı əldə edəcək".

Deputat qeyd edib ki, dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımından əhəmiyyətlidir: "Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir".

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər