Qarabağda yeni “İctimai Şura” yaradılıb: Bakı danışıqları onlarla aparacaq? - NƏ BAŞ VERİR?

Son günlər Qarabağda yeni bir təşkilat yaradılıb və onunla bağlı Ermənistan müxalifətində ciddi narahatlıq var.

"dogruxeber.tv" JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “İctimai Şura adlanan bu qurum artıq separatçıların rəhbəri Arayik Harutyunyanla da görüşərək, ondan son İrəvan danışıqlarının nəticələri barədə məlumat alıb.

Ermənistan müxalifətinin narahat olduğu əsas məqam odur ki, yeni yaradılmış İctimai Şura qısa müddətdə nüfuz qazanıb. Üstəlik, onun başında indiyə qədər Ermənistanın Qarabağa dair siyasətini bircə dəfə də tənqid etməyən Armen Gevorgiyan dayanır. Erməni tərəfi iddia edir ki, Gevorgiyan Paşinyanın yaxın adamı olmaqla yanaşı, həm də Soros Fondu ilə olduqca yaxındır.

“Past” qəzeti bununla bağlı yazır ki, Qarabağdakı İctimai Şura məqsədli şəkildə yaradılıb. Qəzetin məlumatına görə, bu şura Azərbaycanın tələbi ilə, gələcəkdə danışıqlar aparmaq üçün təsis edilib. Belə ki, rəsmi Bakı Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün lazım olan addımları atmağa hazır olduğunu bəyan edib. Hətta bu yaxınlarda Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşmanın yazılı forması da üzə çıxmışdı. Və orada Azərbaycan Qarabağ erməniləri ilə müzakirələrdən qaçmadığını vurğulayıb.

Erməni tərəfi də bunu əsas götürərək, yeni yaradılmış İctimai Şuranın məhz həmin danışıqların aparılması üçün tərəf kimi ortaya atıldığını iddia edir. “Qarabağdakı İctimai Şura birbaşa Azərbaycanla danışıqlar aparmaq üçün yaradılıb. Çünki Bakı birmənalı olaraq Qarabağdakı rejimi qəbul etmir, onlarla danışıq aparmaq fikrində də deyil. Ona görə də, sabah Azərbaycanın tələbi ilə Qarabağda dövlət qurumları dağıdılanda, prezident istefa verəndə, parlament buraxılanda idarəçilik müstəqil qurum olan İctimai Şuraya keçəcək və danışıqlar da onlarla aparılacaq”.

“Past” onu da yazır ki, yeni yaradılmış İctimai Şurada maraqlı adamlar da təmsil olunublar. Məsələn, onların arasında Qarabağda millətçi baxışları olan “məmurlar”a qarşı mübarizə aparan, Vitali Balasanyanın istefasını tələb edən QHT sektorunun nümayəndələri də var.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər