gundem / Cəmiyyət
27.10.2022
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
"dogruxeber.tv"ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis polkovnik-leytenantı Allahverdiyev Vilayət Hüseyn oğlu Astara rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə V. Allahverdiyev Balakən rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin rəisi təyin edilib.



