gundem / Cəmiyyət
8.11.2022, 10:30
Bakıda Zəfər yürüşü başladı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, yürüşün birinci marşrutu Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətindədir.
Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 200 nəfər şəxsi heyəti və hərbi orkestr iştirak edir.



